Logo

Dünya ulduzları Bakıya gəlirlər - FOTO

Dünya ulduzları Bakıya gəlirlər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

17-19 iyun tarixində Bakıda "Formula-1 Avropa Qran-Pri" yarışları keçiriləcək.

Sfera.az xəbər verir ki, üç gün davam edəcək yarış dövründə "Billionaire Club"da "Grisogono", "GRaff" və "Chopard" kimi zərgərlik brendləri ilə birlikdə heyrətamiz partilər keçiriləcək. Bu barədə "Nargis" jurnalı məlumat yayıb.

"Qara brilyantlar kralı" kimi tanınan, "Grisogono" brendinin əsasını qoyan məşhur dizayner Favaz Qruoizi Bakıya 19 yaşlı amerikalı model, milyoner Bella Hadidlə gələcək.

Dünya ulduzları Bakıya gəlirlər - FOTO

Qruoizi Byanka Balti, İrina Şeyk, Naomi Kembell, Şeron Stoun, Ornella Muti, İzabella Acanikimi məşhur ulduzlarla dostluq edir və onlar həmişə Favazın təşkil etdiyi partilərin göz bəbəyi olurlar.

Gecənin ikinci məşhur qonağı "Chopard Red Carpet"in zərgərlik evinin direktoru Karolina Şoyfelolacaq. O da Bakıya tək gəlməyəcək. "Billionaire Club"u ziyarət edəcək modellər sırasında Petra Nemkova və Yeva Qerçiqova da var. Hər iki top-model Karolina Şoyfellə dostluqları ilə məşhurdurlar.

Dünya ulduzları Bakıya gəlirlər - FOTO

Lana del Reylə Marion Kotiyarın partidə iştirak edib-etməməsi isə sual altındadır.

Və nəhayət, gecənin üçüncü siması "GRaff" zərgərlik brendidir. Şeron Stoun, Qvinet Peltrou və Madonna kimi dünya ulduzlarının sevimli brendi olan "Graff" da partiyə məşhur qonaqları gətirəcək.

Dünya ulduzları Bakıya gəlirlər - FOTO

"İtalizian Group" şirkətinin mətbuat xidmətindən onların gəlişinin istisna olmadığı qeyd olunub.

Milli.Az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR