Logo

19 yaşlı fahişə 1 milyon dollar təminat aldı – Polislərə pulsuz xidmətə görə

19 yaşlı fahişə 1 milyon dollar təminat aldı – Polislərə pulsuz xidmətə görə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-dan olan 19 yaşlı fahişə polislərə pulsuz xidmət göstərdiyi üçün təxminən 1 milyon dollar təzminat alıb. Hüquq mühafizəçiləri seks qarşılığında qızı cinayət təqibindən qorumağa söz veriblər.

Sfera.az-ın xarici mətbuata istinadla məlumatına görə, Jasmin Abuslin 16 yaşından fahişəlik edir. Qızın sözlərinə görə, o, Oakland Şəhər Polis İdarəsinin ən azı 24 zabiti ilə cinsi əlaqədə olub.

Qız işlədiyi moteldə kirayələdiyi otaqda yaşayırmış. Günlərin birində Jasmin fahişəlik fəaliyyətinə son qoymaq qərarına gəlir və"müştərilərinə" məhkəməyə müraciət edəcəyini xəbər verir. Onlardan biri, Brendan O'Brayan adlı polis bu xəbərdən sonra özünü güllələyib.

Jasmin Abuslin vədinə sadiq çıxaraq, 2017-ci ilin yazında polis idarəsinə qarşı 66 milyon dollarlıq iddia qaldırıb. Nəticədə məhkəmə onun iddiasını qismən təmin edərək, polis idarəsindən 989 min dollar ödəməsini tələb edib. 30-a yaxın polis işini itirib, üç polis rəisi vəzifəsindən azad edilib. Yeddi zabit hazırda həbsdədir, onlar müxtəlif ittihamlarla ayrı-ayrı məhkəmələrdə mühakimə olunacaqlar.

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR