Ürəksiz də yaşamaq mümkündür: - Sınaq uğurlu oldu
Kateqoriya məlum deyil
ABŞ-da ürək problemi yaşayan xəstələr üçün ümid olan yeni texnologiyanın sığnağı uğurlu olub. Belə ki, ürək köçürülməsi üçün növbəyə dayanan şəxsin 17 ay ürəksiz yaşaması mümkün olub. Sten Larkin adlı bu şəxs həyatı vacib orqanını çiynində gəzdirdiyi çantasında daşıyıb. CNET xəbər verir ki, hazırda 25 yaşı olan Larkin və onun böyük qardaşına 10 il əvvəl diaqnoz qoyulub. Bu nəsildə uşaqlar müəyyən yaşdan sonra ürək problemi ilə qarşılaşır və 10-120 yaşlarda ürəyin fəaliyyəti tamamilə zəifləyir. 2014-cü ilin dekabrında Larkinin ürəyinin də fəaliyyəti dayanıb. Ona süni ürək qoyulub və sonra "SynCardia Freedom Portable Driver” adlı aparat quraşdırılıb. Aparatın çəkisi 6 kiloqramdır və qan dövranını təmin edir. Bu aparat ürəyi tamamilə dayanan xəstələr üçün nəzərdə tutulur. Aparatı xəstə çiynindəki çantada gəzdirir. "SynCardia Freedom Portable Driver” 2014-cü ildə bütün kliniki sınaqları keçirib. Elə həmin il avstraliyalı cərrahlar 3 xəstəyə süni ürək taxıb. Artıq döyünməyən ürəyin köçürlüməsini mütəxəssislər tarixi hadisə adlandırıb.






