8 aylıq körpəyə koronavirusa qarşı 2 dozalıq peyvənd vurulub
ABŞ-ın Nyu York ştatında iki dozalıq "Pfizer-BionTech” peyvəndi vurulan 8 aylıq körpə Enzo Minkolla dünyada COVID-19 əleyhinə peyvəndlənmiş ən kiçik insan olaraq tarixə düşüb.
Sfera.az xəbər verir ki, Baldvinsvill şəhərində yaşayan Minkolla ailəsinin razılığı ilə əyalət universitetinin apardığı kliniki araşdırmalar çərçivəsində körpəyə peyvənd vurulub.
Valideynləri həkim olan Enzo Minkollanın peyvəndə qarşı hər hansı mənfi reaksiya göstərmədiyi və sağlığının normal olduğu qeyd edilib.
Körpənin atası Mayk Minkolla peyvənd edərkən heç bir tərəddüd etmədiklərini bildirib.
Ana Marissa Mincolla peyvəndə etibar məsələsində digər ailələrəi nümunə olduqlarını bildirərək Enzonun digər körpələrin də peyvəndlənməsi prosesinə təkan verəcəyini və bundan qürur hissi keçirdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, ABŞ-ın əczaçılıq şirkəti "Pfizer” martın 25-də Almaniyadakı tərəfdaşı "BioNTech”lə 6 ay - 11 yaş aralığında olanlar üçün COVID-19 əeyhinə peyvəndin sınaqlarına başladığını elan edib.
ƏzizəSfera.az






