Logo

Sınaqlar davam edir - Marsda yaşamaq üçün... - VİDEO

Sınaqlar davam edir - Marsda yaşamaq üçün... - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Marsda salınacaq insan koloniyasında yaşamaq istəyənlər üçün sınaqlar davam edir.

ATV.az xəbər verir ki, Hollandiyada təşkil olunacaq sınaqlarda 100 nəfər iştirak edəcək. Onlardan 40-ı növbəti tura keçəcək. Növbəti, yəni sonuncu imtahanda isə həmin şəxslərin arasından seçiləcək 24 nəfər 2027-ci ildə Marsa göndəriləcək. Məlumata görə, sınaq zamanı tibbi analizin nəticələri ilə yanaşı, namizədlərin  Marsda yaşaya bilmə imkanları öyrəniləcək. Namizədlər bütün turlardan uğurla keçdikdən sonra, onlardan qırmızı planetdə yaşamaq istədikləri barədə son qərarları soruşulacaq. Və nəhayət ki, "Mars-1” layihəsinə qatılmaq üçün qərarlı olan şəxslər qırmızı planetdə qurulucaq koloniyanın ilk sakinləri olacaq.

Bildirilir ki, qırmızı planetdə yaşamaq üçün ilk tura 140 ölkədən 200 min nəfər qatılmışdı.  Namizədlər müxtəlif turlardan keçdikdən sonra onların sayı 100-ə endirilib. İştirakçılar arasında xanımların da olması diqqət çəkir.

Qeyd edək ki,  "Mars-1" layihəsi 2012-ci ildə hollandiyalı Bas Lansdorp tərəfindən irəli sürülüb. Plana görə, bu il Marsa bir əlaqə peyki və kəşfiyyatçı aparatı göndəriləcək. Həmin cihazlar sayəsində qırmızı planetdəki insanların yaşaya bilmə imkanları öyrəniləcək. 7 il sonra Marsa 4 astronavt  göndəriləcək. Həmin şəxslər koloniyaların salınması üçün yekun imkanları nəzərdən keçirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR