Logo

Dünyada ən qorxunc — 10 xəstəlik

Dünyada ən qorxunc — 10 xəstəlik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

1. Qaçış sindromu xəstəliyi (SCLS)

Dünyada ən qorxunc — 10 xəstəlik

SCLS xəstəliyində insanın damarları qan sızdırmağa başlayır. Sızılan qan vücud tərəfindən əmildiyi üçün bədən şar kimi şişməyə başlayır. Bu xəstəliyin müalicəsində istifadə olunan tək metod bədənə şişmənin qarşısını almaq üçün maye yeritməkdən ibarətdir. Lakin bu halda belə şişmənin qarşısını almaq 3 gün sürür və bu müddətdə vacib orqanlar zərər görərək xəstənin ölümünə yol açır.


2. Vibrio Vulnificus

Dünyada ən qorxunc — 10 xəstəlik

Bu, ciddi infeksiyalara səbəb olan öldürücü bakteriya növüdür. Qabıqlı dəniz məhsullarının çiy-çiy yeyilməsi, dənizdə açıq yara ilə üzmə nəticəsində ortaya çıxır. Əsasən insanın bağırsaq sistemini zədələyir. Öldürücü təsirə malikdir.


3. Fil adam sindromu

Dünyada ən qorxunc — 10 xəstəlik

1862-ci ildə İngiltərədə doğulan Cozef Merrik sağlam dünyaya gəlməsinə baxayaraq böyüdükcə bədənində fil rəngində yumru şişlər inkişaf etməyə başladı. Əlləri və ayaqları bədəninə nisbətən çox böyüdü. O zaman hamiləlik dövründə ananın fillərdən qorxaraq psixoloji travma yaşaması nəzəriyyəsini irəli sürən həkimlər bu xəstəliyi fil xəstəliyi adlandırmağa başladılar. Xəstəliyə müasir dövrdə də rast gəlinir.

4. Kompleks ağrı sindromu (CPRS)

Dünyada ən qorxunc — 10 xəstəlik

CPRS sinir sisteminin bir anlıq fəaliyyətini dayandırmasıyla şiddətli ağrıların yaranmasına səbəb olan bir xəstəlikdir. Bu ağrılar depressiya, qayğı kimi psixoloji xəstəliklərə də səbəb ola bilir. Xəstələr heç bir səbəb olmadan yanma, sancı, əzələ və oynaq ağrılarından şikayətlənirlər.


5. Loa loa paraziti

Dünyada ən qorxunc — 10 xəstəlik

Loa loa insanların gözlərində yaşaya bilən bir parazitdir. 200 milyonda bir insanda görülür. Korluğa səbəb olur.


6. Pika

Dünyada ən qorxunc — 10 xəstəlik

Bu xəstəliyə tutulanlar əllərinə keçən istənilən şeyi yeyirlər. Hətta zəhəri belə. Çirkablı şeyləri yeməkdən belə çəkinməyən pika xəstələri bunun nəticəsində müxtəlif xəstəliklərə yoluxurlar.


7. Noma xəstəliyi

Dünyada ən qorxunc — 10 xəstəlik

Dünyada ən qorxunc — 10 xəstəlik

Əsasən ağızda üz ətinin çürüyərək damaqların çöldə qalmasına səbəb olan xəstəlikdir. Ən qorxulu cəhəti genetal bölgələrdə də yaranmasıdır.


8. Fibrodysplasia ossificans progressiva (FOP)

Dünyada ən qorxunc — 10 xəstəlik

Dünyada 800-dən az adamda görünüb. Bədən əzələlərinin sümükləşməsi ilə xarakterizə olur. Nəticədə xəstə kəskin ağrılarla hərəkət qabiliyyətini itirir. Müalicəsi yoxdur.


9. Madura ayağı

Dünyada ən qorxunc — 10 xəstəlik

Bu xəstəlik göbələk xəstəliyidir. Əl və ayaqlarda çoxlu sayda ziyyillərin bitməsi ilə ətrafların öz funksiyasını itirməsinə səbəb olur.


10. Cüzam

Dünyada ən qorxunc — 10 xəstəlik

Dəri, göz, sinir və nəfəs yollarının iltihabı ilə müşayət olunan keçici xəstəlikdir. İllərlə xroniki şəkildə inkişaf edən cüzam sağalmayan yaralar şəklində özünü göstərir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR