Logo

Mən nə üçün oruc tutmalıyam? 7 səbəb

Mən nə üçün oruc tutmalıyam? 7 səbəb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az deyerler.org-a istinadən oruc tutmağın 7 səbəbini təqdim edir.
 
1 - Çünki bu - mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.

2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.

3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir.

4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm.

5 - Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızların halını duymağa başlayıram - o kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur.

6 - Çünki, oruc mənim psixoloji yenilənməyimə xidmət edir. Mənim dayanmağa, düşünməyə, ötüb keçmişləri və gələcəyi yenidən dəyərləndirməyə imkanım olur.

7 - Çünki, oruc məni başlıca məramıma - kamil insan olmaq məqamına yaxınlaşdırır. Zira, oruc - vücudi intibahın ən mühüm elementlərindəndir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR