Logo

Yeni insan növü yaradılacaq — Super ağılllı, super gözəl, super güclü və super istedadlı

Yeni insan növü yaradılacaq — Super ağılllı, super gözəl, super güclü və super istedadlı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Genlərlə oynayaraq super insan yaradacaqlar

Ölkə.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, alimlər gen sıralamasını dəyişdirərək super ağılllı, super gözəl, super güclü və super istedadlı insan yaratmaq üzərində layihəyə başlayıblar.

"İnsan Genomu Layihəsi" beynəlxalq bir layihə olaraq fərqli ölkələrdən 150 alimi Harvard Universitetində bir araya gətirib.

DNK-nı təşkil edən əsas 4 maddəni (adenin, sitozin, guanin və timin) təmsil edən A, C, G və T hərflərinin dəyişdirilərək süni bir gen yaratmaq məsələsi gündəmdədir. Buna əlavə olaraq labaratoriya şəraitində yaradılan 3 milyardlıq hərf DNK-ya əlavə ediləcək.

Alimlərin fikrincə, bu təkamül prosesi xərçəng kimi qorxulu xəstəliklərə davamlı hüceyrələr yaratmağa və nəql oluna biləcək orqanlar yetişdirməyə kömək edəcək. Hətta insana super ağıllı, gözəl, istedad kimi özəlliklər verəcək DNK kodları embriona yerləşdirilə bilər. Lakin bu yenilik özü ilə bərabər yeni problemlər də gətiər bilər.

Birinisi imkanı olan şəxslər super güclərə malik övladlar dünyaya gətirərkən, imkansız insanların sadə və adi övladlar dünyaya gətirməsi dünyada zəif və güclü irq deyə qütbləşməyə səbəb ola bilər. İkinci problem isə bundadır ki, super insanın yaranması ilə hələ elmə məlum olmayan super xəstəlikləri də ortaya çıxaracaq.

Bu layihənin həyata keçirilməsi üçün külli investisiyaya və 15 il zamana ehtiyac var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR