Logo

Ramazan orucunun niyyətini nə zaman və necə etmək lazımdır?

Ramazan orucunun niyyətini nə zaman və necə etmək lazımdır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hər bir ibadətdə olduğu kimi, Ramazan orucunda da niyyət əsasdır.

SalamNews-un verdiyi xəbərə görə, Ramazan orucunun niyyətini iki cür etmək olar. Birinci yol budur ki, Ramazanın birinci gününə keçən gecə (xalq arasında həmin gecəyə "niyyət gecəsi” deyirlər) qarşıdakı bir ayın orucu niyyət edilir. Məsələn, niyyətin "Sabahdan bir aylıq Ramazan orucunu tutmağa niyyət edirəm, qürbətən iləllah” şəklində ifadə edilməsi kifayətdir. Bu niyyəti Ramazanın birinci günü sübh azanına kimi yubatmaq da olar.

İkinci yol budur ki, hər günün orucunun niyyəti ayrı-ayrılıqda edilsin. Yəni hər gecə sabahkı günün orucunu tutmağa niyyət etsin: "Sabah Ramazanın filanıncı gününün orucunu tutmağa niyyət edirəm, qürbətən iləllah”. Hər günün niyyətini sübh namazına kimi də etmək olar. Əsas budur ki, insan bütün gün ərzində öz niyyətində qalmış olsun və niyyətini dəyişdirməsin.

Bundan başqa bu gecənin bir neçə əməlləri var:

- Müstəhəb qüsl etmək;

- Sədəqə vermək və yoxsullara yardım etmək;

İki rükət (müstəhəb) namaz qılmaq; belə ki, birinci rükətdə "Həmd”dən sonra "Fəth” surəsi, ikinci rükətdə isə "Həmd”dən sonra istənilən surə oxunur.

Bu gecədən başlayaraq sonuncu gecəyə qədər min rükətlik namaza başlamaq. Həmin min rükət gecələr arasında bölüşdürülür. Ətraflı məlumat üçün "Məfatih-ul-Cinan” kitabına müraciət etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR