Logo

Yadplanetlilər tərəfindən oğurlanan inasanlar danışdı - Şok açıqlamalar verdilər - VİDEO

Yadplanetlilər tərəfindən oğurlanan inasanlar danışdı - Şok açıqlamalar verdilər - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zaman-zaman yerə endikləri iddia edilən naməlum obyektlər haqqında çox danışılıb, çox fərziyyələr irəli sürülüb.Və insanlar üçün bu mövzu hər zaman maraq kəsb edib. İrəli sürülən fərziyyələr, lentə alınan kadrlar bir çox hallarda göstərilən videolar təkzib olunsa da, yanlış çıxsa da hər kəsin diqqətini çəkən hallar olub. Hətta bəziləri insanların zaman zaman yadplanetlilər tərəfindən qaçırıldığını belə iddia edirlər. Elə bu sujetimizdə də yadplanetlilər tərəfindən qaçırılan insanların danışdıqları hekayələri təqdim edəcəyik

Elmi sübutu olmasa da uçan naməlum obyektlər yer sakinləri üçün həmişə maraqlı olub.. Yüz il əvvəl də, indi də. Alimlər hətta, 2040-cı ildə insanlarla yadplanetlilərin ilk görüşünün baş tutacağını da iddia edirlər. Lakin bəzi insanlar artıq onlarla görüşdüklərini iddia edirlər.

Belə hadisələrdən biri 1645-ci il İngiltərədə baş verib. 15 yaşlı Anna Ceffriadlı qız qulluqçu işlədiyi evin baxçasında huşsuz vəziyyətdə tapılır. Özünə gəldikdən sonra başına gələnləri danışan Annanın dedikləri  hər kəsi şoka salır. 15 yaşlı qızcığaz bir neçə insanabənzər varlığın onun yanına gəldiyini, daha sonra huşunu itirdiyini bildirib. Bir müddət sonra işıqlı bir otaqda gözünü açan Anna yadplanetlilərin onun bədənini yoxladığını görüb və yenidən huşunu itirib. Gerisini xatırlamayan qızcığaz gözünü bir də evin baxçasında açıb.

Oxşar hadisə 1989-cu ildə Amerika sakini Linda Napolitano-nın da başına gəlib. Tez-tez televiziya verilişlərinə dəvət olunaraq bu haqda məlumat verən Linda başına gələnləri yuxu kimi xatırlayır.

Pəncərdən baxırdım. Birdən evimizin qarşında bir uçan boşqab dayandı. Məni oğurlayıb həmin uçan boşqaba mindirdilər.  Tez-tez huşumu itirib ayılırdım. Yadımda qalan yalnız üzərimdə tibbi müayinələrin aparılması ilə bağlıdır.

Yadplanetlilər tərəfindən qaçırıldığını iddia edən şəxslərdən biri də Avstriyta sakini Cozef Vanderkadır. Meşəyə gəzintiyə çıxan Cozef bir anda narıncı rəngli, yumurtaya bənzərə maşınla rastlaşır. Çox gözəl, uzun boylu, sarışın varlıqlar tərəfindən həmin maşına mindirələn avstriya sakini həmin şəxslərdən dünyanın düzəlməsi üçün yardım belə istədiyini iddia edib. Aldığı cavab isə "biz dünya tarixinin gedişatına qarışmayacayıq” sözləri olub.

"Yol ilə gedərkən diski xatırladan uçan əşya gördüm. İçərisindən isə narinci dəri rəngli, keçəl və pişik gözünə oxaşan gözləri olan bir neçə varlıq çıxdı”... Yadplanetlilərlə ünsiyyətdə olduğunu iddia edən İtaliya sakiniGrodner Pass isə onları məhz bu cür təsvir edib. Söhbət zamanı  onlarGrodneyə yerə maqnit sahələrinin köməyiylə gəldiklərini, lakin burda tez qocaldıqları üçün çox qala bilmədiklərini deyiblər.

Böyük Britaniyada yaşayan Samanta Makdonalds adlı qadın da onlarla görüşdüyünü iddia edir. Gecə yatdığı yerdə yadplanetlilər tərəfindən qaçırıldığını deyən Samanta onlarla kontaktda olduğunu və söhbət elədiyini bildirib. Səhər ayıldıqda isə yaşadıqlarının yuxu olduğunu düşünən qadın qollarında olan yara izlərindən sonra gördüklərinin yuxu yox, gerçək olduğunu anlayıb.Əvvəl qorxdum. sonra isə onlardan nə istədiklərini soruşdum. Yadplanetlilər isə mənə cavab verərək ailəmi və məni özləri ilə aparmaq istədiklərini bildirdilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR