Logo

Üzünə “kislota” tökülən qadınlar – İranda (fotolar)

Üzünə “kislota” tökülən qadınlar – İranda (fotolar)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İranlı fotoqraf Asqar Xamsey "nifrət atəşi” adlandırdığı fotolar toplusu ilə ilin fotoqrafı adına layiq görülüb. O, bir il ərzində İranda üzərinə zorla turşu ("kislota”) tökülən qadınların fotolarını çəkib.

Fotoları oxuculara təqdim edirik.

1. Şirin Mohamadi (18), Tehran

Üzünə “kislota” tökülən qadınlar – İranda (fotolar)

Mohamadi 4 il əvvəl evlilik təklifini rədd etdiyi kişi tərəfindən hücuma məruz qalıb. Qadının sağ gözü, burnu, bir qulağı, ağzı ciddi zərər görüb. Onun əvvəlki halına qayıtması üçün xeyli sayda əməliyyata girməsi tələb olunur.

2. Mahnaz Kazemi (39), Qum

Üzünə “kislota” tökülən qadınlar – İranda (fotolar)

Zorakılığa məruz qaldığı üçün boşanmaq istəyən Mahnazın üzünə əri tərəfindən turşu tökülür. Nəticədə, sol gözünü və bir qulağını itirir.

3. Rana Por Amray (38) və Fatime Qələndəri (8), Kuhdeşt

Üzünə “kislota” tökülən qadınlar – İranda (fotolar)

Qayın nikahının pozulmasına səbəb olan gəlinləri Amaraya və qızı Fatimənin üzərinə kislota ilə hücuma keçdi. Həm ana, həm də övladı ciddi zədə alırlar.

4. Rana Mehri (29), Bem

Üzünə “kislota” tökülən qadınlar – İranda (fotolar)

Fotodakı Mehrinin anası və özüdür. Onların hər ikisi `kislota` hücumuna məruz qalıb. Əri tərəfindən üzünə `kislota` tökülən anası bir müddət əvvəl ağciyər xərçəngindən dünyasını dəyişib. Mehri isə gözlərinin birini itirib.

5. Masomey Atay (32), İsfahan

Üzünə “kislota” tökülən qadınlar – İranda (fotolar)

Ərindən boşanan Masomey Atay barışmaq təklifini rədd etdiyi üçün qayınatası tərəfindən `kislota` hücumuna məruz qaldı və hər iki gözünü itirdi.

6. Zivar Parvin (37)

Üzünə “kislota” tökülən qadınlar – İranda (fotolar)

Ölən ərinin qardaşı onunla evlənmək istədi. Lakin Parvin buna razı olmur. Nəticədə, 18 yaşlı qızı Yasra ilə yatarkən qaynı onların üzərinə `kislota` tökdü. Fotodakı qız hadisə baş verəndən iki həftə sonra dünyaya gözlərini yumur.

7. Məryam Zamani (38) və Haşemi Nezad (13), Tehran 

Üzünə “kislota” tökülən qadınlar – İranda (fotolar)

Zamani (solda) üç qızı ilə yatarkən qardaşının arvadının hücumuna məruz qalır.

8. Möhsen Mortazavi (34)

Üzünə “kislota” tökülən qadınlar – İranda (fotolar)

2012-ci ildə Mortazavinin üzərinə iş yoldaşı tərəfindən `kislota` atılır. Səbəb isə iş yoldaşına qarşı edilən telefon zarafatlarında Mortazavinin günahkar bilinməsi idi.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR