Logo

Əllərinizi saqqalınıza toxundurmayın! - ŞOK XƏBƏR

Əllərinizi saqqalınıza toxundurmayın! - ŞOK XƏBƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı alimin apardığı araşdırma bir çox "hipster" tərzini sevən bəylərin xoşuna gəlməyəcək.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən "Quest Diagnostics" şirkətinin əməkdaşı doktor Con Qolobik saqqal saxlayan bəylər üzərində təcrübə aparıb.

Mikrobioloqun apardığı araşdırmanın nəticəsinə əsasən, saqqalın ayaqyolundan daha çox bakteriya yığdığı məlum olub.

Bəzi saqqallarda bakteriya səviyyəsi normal olsa da, bəzilərində bu mikroorqanizmlərin sayına ayaqyolundakından daha çox rast gəlinib.

Amerikalı alim hər şeyə təəccüblənmədiyini bildirərək, bu araşdırmanın nəticəsinə görə heyrətləndiyini vurğulayıb. Onun saqqal saxlayan "hipster" bəylərə məsləhəti isə çox sadədir: "Əl-üzünüzü yaxşıca yuyun, bığlarınızı burmayın və saqqalınızla oynamayın. Ümumiyyətlə, əllərinizi saqqalınıza toxundurmayın".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR