Logo

DİQQƏT: "Facebook"dakı şəkilləriniz təhlükədə - VİDEO

DİQQƏT: "Facebook"dakı şəkilləriniz təhlükədə - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Facebook" istifadəçiləri, xüsusilə də qadınlar öz şəkillərini paylaşır və bu, bəzən xoşagələməz hallara səbəb olur. Qız adı ilə saxta profil açmış oğlanlar onların şəklindən istifadə edir. Ad fərqli olsa da, sima olaraq həmin qadının adından etik olmayan paylaşmalar edir. "İnbox”da kimlərləsə danışır. Səhifələrin bəyənilməsi üçün yazışmalar edir və s.

Bu azmış kimi, uyğun olmayan saytlar da "Facebook"da yayılmış şəkilləri rahatlıqla istifadə edir. "Facebook"da paylaşdığınız şəkillər heç ummadığınız saytlarda görünür.

Bu məsələyə görə "Facebook”u məhkəməyə verənlər də var. Amma "Facebook" bu məsələdə haqlı çıxa bilir. Çünki istifadəçi hesab açarkən qaydalarla razı olduğunu təsdiqləyir. Bu qaydalarda isə "hər kəs üçün görünə bilən şəkillərinizin təhlükəsizliyinə "Facebook" cavabdeh deyil” deyə bir qayda var.

Bunun qarşısı almaq məhsuliyyəti isə sadəcə sizin üzərinizə düşür. İlk növbədə paylaşmalarınızı hər kəsə görünə bilən etməyin. Sizi ancaq dostlar görə bilsin. Dostluğunuza isə yalnız tanıdığınız və inandığınız insanları qəbul edin.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR