Logo

Odlu silahın içinə kök qoyub atəş açdı - Nəticəsi dəhşət oldu - VİDEO

Odlu silahın içinə kök qoyub atəş açdı - Nəticəsi dəhşət oldu - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Odlu silahın içinə kök qoyub, onunla hədəfi vurmağa çalışdı. ABŞ-da bir ovçu, dünyanın ən lazımsız sınaqlarından birini keçirib. Məşhur cizgi filmi Baqs Bannidə dovşanın eyni yolla atəş açmasının real həyatda hansı nəticə verdiyini aydınlaşdırmaq istəyən gənc, axtardığı sualın cavabını tapıb.

Odlu silahın lüləsinə kök qoyan ovçu, atəş açacağı təqdirdə kökün ox kimi hədəfə tuş gələcəyini düşünürdü. Ancaq  nəticə onun gözlədiyindən daha fərqli olub. Kök lülənin azğında tıxac yaratdığından, açılan atəş odlu silahın lüləsini parçalayıb.

Silahın sıradan çıxmasına təəssüflənmədiyini deyən amerikalı, istənilən halda bundan dərs aldığını gizlətməyib. O ki qaldı, onun odlu silahdan köklə atəş açmaq cəhdinə,  görüntülər sadəcə ölkəsində deyil, bütün dünyada maraqla qarşılanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR