Logo

Eyfel qülləsi otelə çevriləcək

Eyfel qülləsi otelə çevriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Parisin simvollarındn olan Eyfel qülləsi Avropa Futbol Çempionatı zamanı otel kimi istifadə olunacaq.

Sfera.az musavat.com-a istinadən bildirir ki, dörd nəfər şanlı futbol azarkeşi gələn ay Eyfel qülləsində qalan ilk insanlar olaraq tarixə düşəcəklər. Əmlak şirkəti "HomeAway" Euro 2016 qarşılaşmalarının Parisdə baş tutacaq hissəsində şəhərin simvolu olan və 300 metr hündürlüyündəki qüllənin birinci mərtəbəsinin bir qisminə istifadə haqqı alıb. Şirkət bu sahəni çempionat müddətində istifadə etmək üzrə Paris üçün özəl Haussmann memarlığı tərzində lüks otaqlar kimi hazırlayacaq.

Otaqlarda qalmaq istəyənlər üçün çəkilişlər keçiriləcək. Dünəndən etibarən çəkilişdə iştirak etmək istəyənlərin müraciəti qəbul edilir. Çəkilişə qatılanlar arasında dörd nəfər şanslı insan Euro 2016-nı Eyfel qülləsində qalaraq izləmək şansı qazanacaq. 10 iyunda adları açıqlancaq dörd nəfər şəxsin hər biri Eyfelə yanlarında beş qonaq gətirə biləcək.

Bu 4 nəfər öz qonaqları ilə birlikdə Avropa Futbol Çempionatı zamanı Eyfül qülləsində 4 gecə qalacaq, lüks bir axşam yeməyi, Parisin başqa bir yerində 3 gün daha qalmaq imkanı, eləcə də gediş-dönüş təyyarə bileti qazanacaq.

Dünyanın hər yerindən internet vasitəsilə qatıla biləcək yarışmaçılardan ancaq bir suala cavab vermələri istənilir: "Qüllə dairəsi bir günlüyünə sizin olsa, nə edərdiniz?"

Çəkilişə qatılmaq istəyənlərin "Home Away" şirkətinin internet saytına daxil olub, anketi doldurmaları lazımdır.

"HomeAway" şirkətinin nümayəndəsi Brayn Şarples bunun bir ilk olduğunu deyib: "Seçilən şəxslər həyatlarının ən nağılvari tətilini keçirəcəklər".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR