Logo

İtiniz varsa, koronavirus testinə ehtiyac yoxdur - DİQQƏT

İtiniz varsa, koronavirus testinə ehtiyac yoxdur - DİQQƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Finlandiyadakı hava limanlarında koronavirus testləri əvəzinə itlərdən istifadə olunur.

Sfera.az xəbər verir ki, sentyabr ayından etibarən ölkəyə gələn turistlərdə koronavirusun olması xüsusi təlim görmüş itlər vasitəsi ilə müəyyən edilir. Belə ki, sərnişinlərin istifadə etdiyi ağız suyu dəymiş salfetləri itlər qoxlayır və şəxsdə xəstəliyin olub-olmaması ilə bağlı xəbərdarlıq verir.

Bildirilir ki, bunlar narkotik vasitələrin axtarılması üçün də istifadə edilən, qoxuya xüsusi həssas itlərdir.

Mütəxəssislər qeyd edir ki, alınan nəticələr 95 faiz doğru olur. Hətta it hiss etdiyi halda test nəticəsi mənfi olsa belə, sərnişin hava limanından ayrıldıqdan 4-5 gün sonra koronavirusun əlamətlərini hiss edir.

Həkimlər xüsusi itlərin ictimai yerlərdə daha çox istifadə edilməsini təklif edir.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR