Kartof sağlıqlımı yoxsa zərərlimi? - Şok açıqlamalar
Hamımızın sevərək yediyi kartof sağlamlığa təhlükə yaradırmı? Sobada bişmiş, qaynadılmış ya da püre kartof da təhlikəlidirmi? Budur detallar ...
Mütəxəssislər həftədə dörd dəfə kartof yemənin yüksək təzyiq riskini artırdığını deyir. Sağlam olduğu düşünülən peçdə bişmiş ya da qaynadılmış kartof və ya kartof püresi olması təhlükənin ölçüsünü dəyişdirmir. Çünki bunların da ən az cips qədər təzyiqi yüksəltdiyi deyilir.
Cips isə qızartma əməliyyatına məruz qaldığı üçün başqa sağlamlıq riskləri doğurur. Araşdırmaçılar, nə şəkildə olursa olsun kartofu çox istehlak etmənin təzyiq problemlərinə gətirib çıxardığını və bunun cavabdehi olaraq da nişastadan şübhələndiklərini vurğulayır.
Kartof nişastalı karbohidratların bədəndə sürətlə şəkər halına çevrilərək, qan şəkərini kəskin bir şəkildə yüksəltdiyinə diqqət çəkən mütəxəssislər, qan şəkərinin problemlərə səbəb ola biləcəyini açıqladı.
Ümumi olaraq, sobada bişmiş, qaynadılmış və ya kartof püresini həftədə dörd və ya daha çox yeyən kişi və ya qadınların ayda ən az bir dəfə kartof yeyənlərə nisbətən yüzdə 11 risk altında olduqları açıqlandı.
Həftədə dörd və ya daha çox cips yeyən kəslərin yüksək təzyiq riski isə yüzdə 17-dən çoxdur.
"Kilo aldırar, yağ toxumasını artırar və yüksək təzyiqə səbəb olar"
'Xəmir işləri, qızartma, duzlu və yağlı bəslənmə nizamının yüksək təzyiqə səbəb olacağı məlumdur' deyən Kardiyoloji Mütəxəssisi Dos. Dr. Mehmet Akif Vatankulu isə; "Yüksək təzyiqin ürək xəstəlikləri üçün ən böyük risk faktorlarından olması, yüksək təzyiqə səbəb olan qidalarla əlaqədar işlər sıx olaraq həyata keçirilir. Bu qidalardan biri kartofdur. Kartof, sıx glisemik yükü və kalium məzmunundan ötəri yüksək təzyiq səbəbi olduğu haqqında bəzi işlər aparılmışdır. Uzun müddətli, qaynadılmış ya da sobada, kartof istehlak etmənin ehtimalla sıx gilsemik yükündən ötəri antioksidan mexanizmi pozması və iltihab səbəb olması, yüksək təzyiqə səbəb olur. Bunun yanında kartofu diyetinin kilo aldırıcı təsiri vardır, bədəndəki yağ toxumasını artırır və yüksək təzyiqə səbəb ola bilər "şərhini verdi.






