Adınızın baş hərfinə görə - Xarakteriniz
Adınızın baş herfi "A” ilə başlayırsa, həyat yoldaşınız sizə görə çox gözəl olmalıdır. Çünki siz xarici görünüşə çox önəm verirsiniz. "A” hərfi əlifbadakı digər hərflərlə müqayisədə daha fərqli mövqedə olur. Onlardan daha enerjili, dikbaşdırlar. Lider olmaq isə deyərdik onların həyat fəlsəfəslərinin əsasını təşkil edir. Adı "A” hərfi ilə başlayan insanlar özlərindən əmindir. Onlar başqalarından məsləhət almaqdan daha çox kiməsə məsləhət verməyi xoşlayırlar. Məntiqli və planlıdırlar.
Adı "A” hərfi ilə başlayan, yaxud da adında çoxlu sayda "A” hərfi olan şəxslər bu özəlliklərə sahibdirlər. Xəyal qırıqlığı yaşamağı, məğlub olmağı sevmirlər. Bunu yaşayarlarsa, çox əsbiləşirlər.
Adınızın baş hərfi "B” ilə başlayırsa, həssas, küsəyən, bir sözlə sentimental birisiniz. Adı "B” hərfi ilə başlayan insanların hissləri olduqca qüvvətlidir. Baş sakitliyi və uyğunlaşma tək məqsədləridir. Olduğu mühitdə sülh olmasını istəyirlər.Dostluqlara, ailə həyatına önəm verirlər. Atdıqları addımlar etibarlı və möhkəmdir .
Adının son hərfində "B" olanlar ümumiyyətlə başladıqları işləri gec bitirirlər . Lakin mütləq ən yaxşı işi çıxarmış olurlar .
Adınızın baş hərfi "C” ilə başlaylırsa, eyni anda bir neçə işlə məşğul olan, diqqəti tez dağılan, nəşəli insanlardır. Adı "C” hərfi ilə başlayan insanlar əyləncəli və söhbətcil olurlar. Özəlliklə də, əl işi sənətində olduqca istedadlıdırlar. Yarım dairəyə bənzəyən bu hərfin insanları özlərini zaman-zaman əskik hiss edir, öz yarılarını axtarmağa çalışırlar. Bu səbəblə, onlar daim axtarış içindədirlər. Səbirsiz olmaları onların ən mənfi xüsusiyyətidir deyıə bilərik.
Adı "C” hərfi ilə bitən şəxslər isə başladıqları işi bitirməkdə çətinlik çəkirlər. Çünki tez bezirlər.
Bu, yazımızın bir hissədir. Digər hərfləri də növbəti günlər təqdim edəcəyik. Bizi izləməyə davam edin...






