Ancelina Coli Çörçilin rəsm əsərini satışa çıxardı - 2,5 milyon funt sterlinqə…
Kateqoriya məlum deyil
Hollivud aktrisası Ancelina Coli ingilis siyasi və dövlət xadimi, natiq Uinston
Çörçillin çəkdiyi məşhur rəsm əsərini satışa çıxarır.
Jalə Mehdi
Sfera.az
Sfera.az xəbər verir ki, cazibədar aktrisanın kolleksiyasında yer alan "Tover of the Kotubiya Moskue” adlı əsər martın 1-də
İngiltərədəki "Kristie” auksion evində hərraca çıxarılacaq.
Məlumata görə, Çörçill bu əsəri 1943-cü ildə Kasablanka konfransından sonra çəkib. O, əsəri ABŞ-ın keçmiş prezidenti Franklin D. Ruzveltə hədiyyə edib.Ruzveltin ölümündən sonra, rəsm əsəri prezidentin oğlu Elliot Ruzveltə, 2011-ci ildə "New Orleans”da hərraca çıxarıldıqdan sonra isə Ancelina Coliyə qismət olub.
Muzey rəsmiləri rəsm əsərinin 1,5 ilə 2,5 milyon funt sterlinqə satılacağını təxmin edirlər.

Jalə Mehdi
Sfera.az






