Logo

“iPhone”-un başını aldadaraq 2GB yer boşalda bilərsiniz

“iPhone”-un başını aldadaraq 2GB yer boşalda bilərsiniz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"iPhone”-un yaddaşını boşaltmaq üçün "Apple”-ı aldada bilərsiniz. Düşünək ki, "iPhone”-ununuzda boş yer çox azdır və ya qalmayıb və heç bir məlumatı silmədən yer boşaltmaq istəyirsiniz. Bu vəziyyətdən çıxış yolu var və bunun üçün "Apple”-ı aldatmalısınız. Bu əməliyyatı aşağıdakı addımları izləyərək görə bilərsiniz və nəticədə 2GB boş yer əldə edəcəksiniz. Ancaq diqqətli olun, bu əməliyyatdan sonra hesabınızdan pul çıxma riski var. Buna görə heç bir ödəməni təsdiqləməyin. Ediləcək xəta və ya pul çıxılmasına görə saytımız məsuliyyət daşımır.

1. Əvvəlcə yaddaşınızı yoxlayın. Bunun üşün "Parametrlər”->”Ümumi”->”Haqqında” yolunu izləməlisiniz. Əgər yaddaşınız 650MB-dan azdırsa, bu əməliyyatı yerinə yetirə bilərsiniz.

ilkhafıza2. Daha sonra "iTunes”-a daaxil olursunuz və bir film kirayələməyə çalışırsınız. Təbii ki, yeriniz olmadığı üçün "yaddaşınız yetərsizdir” bildirişi alacaqsınız.

film

3. "Apple” öz növbəsində düşünəcək ki, istifadəçi film kirayələməyə çalışır, amma yer yoxdu deyə yükləyə bilmədiyini düşünəcək və keş fayllarını silməyə başayacaq.

ikinci hafıza

4. Nəticədə görəcəksiniz ki, boş yaddaşınız artacaq və 2 GB-ı keçəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR