15 yaşlı gənc itən Mayya şəhərini tapdı - Kosmos Agentliyi təsdiqlədi - FOTOLAR
15 yaşındakı uşaq itkin Mayya şəhərini tapıb.
Kanadada yaşayan 15 yaşlı Vilyam Qaduri mayyaların bürc xəritələri və peyklərindən əldə edilən fotoşəkillərdən istifadə edərək, onlara aid olan naməlum şəhəri tapıb.

ATV.az bildirir ki, 15 yaşlı gənc öz teoremi ilə mayyaların qurduğu şəhərləri ulduzlara görə müəyyənləşdirib. 23-cü fərqli təqvim ulduzunu nəzərdən keçirən zaman Qaduri 1 Mayya şəhərinin olmadığının fərqinə varıb.
Kanada Kosmos Agentliyinin peyk fotoşəkillərindən istifadə edən gənc daha sonra bunları "Google Dünya” görüntüləri ilə qarşılaşdırıb. Nəticədə 23-cü ulduzun göstərdiyi yerdə itkin bir şəhər kəşf edib.
Şəhər Meksikadakı Yucatan yarımadasının uzaq bir sahilində yerləşir. Şəhərdə Mayya sivilizasiyasına aid 86 metr yüksəkliyində nəhəng bir piramida və 30 ədəd antik bina var.

Yağış meşələri içində olduğu üçün hələ ziyarət edilə bilməyən şəhərə "Kaak Çi" (Atəşin Ağzı) adı verilib.
Kanada Kosmos Agentliyinin nümayəndəsi Daniel De Lisle itkin Mayya şəhərin ilə bağlı bunları söyləyib:

"Sıx bitki örtüyü olduğundan bölgəni araşdırmaq çətindir. Lakin peyk axtarışlarında olduqca gözə dəyən, bitki örtüyünün altında nə isə olduğunu düşündürən xəttlər var. Burada insan istehsalı bir quruluşun olduğunu düşündürəcək qədər sübutumuz var".
Əgər 117 Mayya şəhəri komanda ulduzları ilə qarşılaşdırıla bilirsə, bu, Mayyaların indiyə qədər sanılandan çox daha irəli səviyyədə xəritələndirmə, topoqrafiya məlumatı və texnikası olduğunu göstərir.
Qeyd edək ki, 15 yaşlı Qaduri 2017-ci ildə Braziliyada təşkil olunan "Beynəlxalq Elm Sərgisi”ndə kəşf etdiyi tapıntılarını açıqlayacaq.






