Logo

Bu ölkədə atalıq məzuniyyəti də olacaq

Bu ölkədə atalıq məzuniyyəti də olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mayın 11-də Çexiya hökuməti ataya yeni doğulmuş uşağa görə bir həftəlik ödənişli məzuniyyət verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Sfera.az novator.az-a istinadən bildirir ki, Çexiyanın baş naziri Boquslav Sobotka özünün Tvitter səhifəsində ailənin uşağa dəstək olmasının vacibliyini qeyd edib: "Atalıq məzuniyyətini qəbul etdik. Bu, ataya bir həftə ərzində yeni doğulmuş uşaqla qalmağa imkan verəcək".

Bir həftəlik məzuniyyət dövründə atanın əməkhaqqısının 70%-i saxlanmış olacaq. Qanun layihəsini parlament və prezident də təsdiqləməlidir.

Çexiyanın əmək və sosial məsələlər naziri Mixaela Marksova atalıq məzuniyyətinin ölkə büdcəsinə 630-800 milyon krona (26-33 milyon ABŞ dolları) başa gələcəyini deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR