Stansiyada perronla üzbəüz divarda - kiçik qapının nə olduğunu bilirsinizmi?
Metropoliten, yaxud yeraltı yol - sanki ayrı bir dünyadır və hər zaman üçün kiçik, yaxud böyük olmasından asılı olmayaraq hər kəs üçün sirr dağarcığı olub. İstər tunelin iç görünüşü, istər maşinistin yeri, istər qaranlıq tuneldə zaman-zaman rastlaşılan insanlar olsun, hər zaman maraq dairəsindədir. Bu gün metropoliten barədə kiçik bir sirri açmaq istəyirik.
Yəqin çoxlarımız bilir ki, tuneldə divarların içi ilə kabellər keçir. Bu kabelləri rahat şəkildə dartmaq üçün hər 10-20 metrdən bir kiçik dolab boyda divarda dəlik açılır. Bu, elə belə də adlanır: kabel dolabı, yaxud kabel kollektoru.
Yeni kabel çəkmək lazım olduqda onu sadəcə boş boruya salmaq və lazımi istiqamətə yönəltmək lazımdır. Köməkçi isə borunun digər ucundan həmin kabeli tutaraq özünə tərəf çəkir, sonra o biri boruya salaraq digər kabel dolabına göndərir.
Borularda dəliklər bir-birinə yaxın məsafədə açılır. Bu kabeli rahat dartmaq üçündür. Adətən bir stansiyada 2-3 belə dolab olur.
Kabel kollektorlarının metropolitenin interyerinə uyğun gəlməsi və sərnişinlərin diqqətini dağıtmamaq üçün üstü ornamentli qapılar və digər bəzəklərlə örtülür.










