Logo

Müdafiə nazirindən Qələbə Günü ilə bağlı əmr -FOTO

Müdafiə nazirindən Qələbə Günü ilə bağlı əmr -FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.

Sfera.az Baku.ws-yə istinadən məlumatına görə, əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə Günü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrimizin şəxsi heyəti adından təbrik edilib. Sonra Qələbənin 71-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında Müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub.

Təşkilatın sədri istefada olan general-mayor Dadaş Rzayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Müdafiə nazirindən Qələbə Günü ilə bağlı əmr -FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR