Logo

Ərdoğandan yaralı əsgərə "iPhone" hədiyyəsi

Ərdoğandan yaralı əsgərə "iPhone" hədiyyəsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Əsgərin telefonu onu PKK terrorçularının gülləsindən xilas edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mobil telefonu sayəsində ölümdən xilas olan türk əsgərə yeni telefon bağışlayıb. ANS PRESS-in məlumatına görə,Mardinin Nüsaybin rayonunda terrorçulara qarşı aparılan antiterror əməliyyatları zamanı PKK silahlılarının açdığı atəş telefona dəydiyi üçün hərbçi ölümdən xilas ola bilib. 
 
Yüngül yaralanan Mustafa Bozokun müalicəsi Diyarbəkir hərbi hospitalında davam edir. Rəcəb Tayyib Ərdoğan müalicəsi davam etməkdə olan əsgərə jest edib. O, əsgərin həyatını xilas edən "iPhone"un ən yeni modelini hərbçiyə hədiyyə kimi göndərib.

Bu gün hərbçini ziyarət edən Mardin şəhər merinin köməkçisi Erkan Çapar Ərdoğanın şəfa diləklərini və hədiyyəsini əsgərə çatdırıb.

Bozok da öz növbəsində aldığı hədiyədən məmnun olub və prezidentə təşəkkürünü bildirib.

"Mənim təşəkkürümü prezidentə çatdırsanız, çox sevinərəm. Prezidentimizin bu cür hədiyyəsi məni çox xoşbəxt etdi. Ona sonsuz təşəkkür edirəm. Mən vətən qarşısında borcumu yerinə yetirirəm. Bu vətəni heç kim sahibsiz görməsin. Hamımız onun üçün mübarizə aparırıq”.

Yaralı əsgərə prezidentin hədiyyəsi təqdim edildi
Yaralı əsgərə prezidentin hədiyyəsi təqdim edildi
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR