"Ermənilərin oktyabrın 22-də əks-hücumu əsl qırğın idi" - Andrey Lapşin
Ermənistan tərəfindən həyata keçirilən əks-hücumlardan biri 22 oktyabrda oldu. Və irəliləyən Azərbaycan qoşunları tərəfindən bir göz qırpımında məğlub edildi. Bu əməliyyat erməni hərbçiləri üçün əsl qırğına çevrildi.
Göründüyü kimi, Ermənistana hərbi əməliyyat qurmağı bacaran real və təcrübəli generallar çatışmır. Axı belə əks-hücum zamanı baş verənlər əsl intihar sayıla bilər. Və belə bir əmr verən şəxs vətəninin əsl xainidir, ölkəsinin vətəndaşları ilə maraqlananan xain.
Ancaq təbii ki, Azərbaycanın da uğursuzluqları var. Onların ən böyük uğursuzluğu hərbi meydanda olmadı. Ərazi bütövlüyünü təmin edən Azərbaycan pis bir qonşu ilə yaşamalı olacaq. Ermənilər isə məğlubiyyətlərini həzm etməyən kinli bir xalqdır.
Bu səbəblərə görə hər iki ölkənin xoşagəlməz bir vəziyyətdə olduğunu deyə bilərik. Azərbaycanın vəziyyəti xeyli yaxşı ola bilər, amma gələcəkdə bəzi problemlərin yarana biləcəyi istisna deyil.
Andrey Lapşin, 27 noyabr, 2020-ci il.
Tərcümə: KONKRET.az






