“Big Ben” səssizliyə qərq olacaq
Kateqoriya məlum deyil
London şəhərinin rəmzlərindən olan məşhur "Big Ben” saat qülləsi təmirə bağlanacaq.
Publika.az xəbər verir ki, İngiltərənin paytaxtında 157 ildən sonra ilk dəfə olaraq qüllə səssizliyə qərq olacaq. Onun təmirinə 29 milyon sterlinq pul ayrılıb.
Parlamentdən verilən açıqlamada təmirin 3 il çəkə biləcəyi qeyd olunub. Saatın özünün təmiri isə 3 aya tamamlanacaq.
İnşası 13 ilə başa gələn "Big Ben” 1856-cı ildə istifadəyə verilib. O, dünyanın ən böyük saat qülləsi hesab edilir.