Bu da Ağdamdakı “İmarət”in son halı - Video
Kateqoriya məlum deyil
Ağdamın "İmarət" stadionunun son halını əks etdirən görüntülər yayılıb.
Sfera.az xəbər verir ki, 27 il Ağdamı işğal altında saxlayan ermənilər arenanı da dağıdıblar.
Videodan göründüyü kimi, "İmarət"in əvvəlki halından əsər-əlamət belə qalmayıb.
Qeyd edək ki, "İmarət" stadionunun açılışı 1952-ci ildə olub. İşğala qədər Ağdamın "Qarabağ" komandası ev oyunlarını məhz bu stadionda keçirirdi.






