Logo

"Bütün ailəm Azərbaycan üçün dua edir" - Əfqanıstan vətəndaşının göz yaşardan hekayəsi

"Bütün ailəm Azərbaycan üçün dua edir" - Əfqanıstan vətəndaşının göz yaşardan hekayəsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın Frankfurt şəhərində yaşayan azərbaycanlı həkim Vüsal Zeynallı sosial media hesabında əslən əfqan olan pasiyentinin Azərbaycanla bağlı xatirələrini bölüşüb.

"O gün bir əfqan xəstəm gəlmişdi, Azərbaycanda hazırda vəziyyətin necə olduğunu soruşdu. Ailəliklə oturub-durub Azərbaycan üçün dua etdiklərini bildirdi", - deyə həkim qeyd edib.

V.Zeynallı həmin şəxsin Azərbaycan eşqinin haradan qaynaqlandığı ilə maraqlandıqda isə olduqca təsirli həyat hekayəsi eşidib:

"Bütün ailəm Azərbaycan üçün dua edir" - Əfqanıstan vətəndaşının göz yaşardan hekayəsi

Həkim Vüsal Zeynallı

"Dedi ki, mən Azərbaycanı özümə ikinci vətən bilirəm. Bilirsiz niyə? Çünki o vaxt bizdə ruslarla müharibə gedəndə və bütün ölkə dağılanda mən və ailəm neçə ölkəyə qaçqın kimi müraciət elədik. Bizi qaçqın kimi qəbul etmədilər. Təkcə Azərbaycan bizi qəbul etdi. O vaxt sizdə də hələ müharibə təzə qurtarmışdı, vəziyyət də pis idi. Ancaq sizinkilər olmasaydı, bizim kəndimizdə hamı yəqin ki, ya ölərdi, ya da El-Qaidənin köləsi olardı. Çünki kəndimiz Əl-Qaidənin əlinə keçmişdi. O vaxt biz gələndə Azərbaycan dövləti bir şirvan pul verirdi. Azərbaycanlılar bizə xor baxmırdı, qaçqın gözüylə görmürdü. Almaniyadakı kimi deyildi.  Burada aksentlə danışıram deyə almanlar üzlərini büzürlər. "Razin"də atamla "polka" qurmuşduq, şalvar ayaqqabı satıb özümüzü keçindirirdik. İndi qardaşım hələ də ordadı, bir azərbaycanlı qızla evlidir. Mən Almaniyaya gəldim, amma ürəyim hələ də ordadır".

"Bütün ailəm Azərbaycan üçün dua edir" - Əfqanıstan vətəndaşının göz yaşardan hekayəsi

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR