Logo

Türkiyədə yaşayan azərbaycanlı bu əməli ilə hər kəsi heyrətə gətirir - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı bu əməli ilə hər kəsi heyrətə gətirir - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə yaşayan azərbaycanlının qeyri-adi qabiliyyəti üzə çıxıb.

Sfera.az anspress-ə istinadən bildirir ki, Türkiyənin İğdır vilayətində yaşayan 7 uşaq atası 63 yaşlı azərbaycanlı Səfər Həsənova elektrik cərəyanı təsir etmir.

Bundan 33 il əvvəl yuxuda iki əlinin yandığını görən Səfər Həsənov elə həmin gün evlərindəki elektrik lampasını dəyişərkən əli bilmədən açıq elektrik naqilinə toxunub.  Bundan sonra baş verənlər isə onun özünü də şoka salıb. Belə ki, kişiyə elektrik təsir etməyib.

Bunun bir təsadüf olduğunu düşünən Həsənov bir daha sınamaq qərarına gəlir və ilk olaraq zəif elektrik cərəyanı olan naqilə toxunur. Yenidən heç bir təsirin olmadığını görən həmyerlimiz bu dəfə 220 voltluq elektrik cərəyanı ilə risk edir. O zamandan onu elektrik vurmadığını anlayan Həsənov bütün elektrik işlərini yalın əllə görür və sağ-salamatdır.

Özünün dediyinə görə, onun elektrik işlərini yalın əllə gördüyünün şahidi olan hər kəs qorxuya düşür.

Azərbaycandan 1992-ci ildən köçərək İğdırın Karakoyunlu rayonunda məskunlaşan Səfər Həsənov gündəlik işlərlə məşğuldur. Əlindən hər işin gəldiyini söyləyən şəxs divar boyamaqdan tutmuş ev təmiri işlərinə qədər hər şeyi bacardığını deyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyədə yaşayan azərbaycanlı bu əməli ilə hər kəsi heyrətə gətirir - VİDEOTürkiyədə yaşayan azərbaycanlı bu əməli ilə hər kəsi dəhşətə gətirir

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR