"Biz inanmırdıq..." - Ordumuzun şücaəti cənublu ata ilə oğlunu heyrətləndirdi - VİDEO
Kateqoriya məlum deyil
Müzəffər ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlarını cənubi azərbaycanlılar da həyəcanla izləyir.
Sfera.az xəbər verir ki, güneyli ata ilə oğlunun ordumuzun uğurları ilə bağlı dialoqunu əks etdirən video sosial şəbəkədə maraqla qarşılanıb.
Ata oğluna ordumuzun düşməni iki tərəfdən mühasirəyə aldığını və son zərbəni vurmağa hazırlaşdığını deyir, ermənilərin qaçdığı barədə onu məlumatlandırır:
"Bu gün çox qabağa gəlib ordumuz. Biz inanmırdıq ki, bu qədər irəli gələrlər", - deyə cənublu kişi təəccübünü ifadə edib.






