Logo

Ölümündən öncə bütün sirləri açdı - Yadplanetlilər

Ölümündən öncə bütün sirləri açdı - Yadplanetlilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da çox gizli layihələrin həyata keçirildiyi Nevada ştatındakı Area-51 adlandırılan hərbi baza dünyaya səfərə gələn yadplanetlilərin varlığını açıqlayıb.

Sfera.az istinadən bildirir ki, amerikalı məşhur elm adamı Boyd Buşman bu mərkəzdə mühəndis kimi çalışarkən məxfi şəkildə ələ keçirilmiş yadplanetlilərin fotoşəkillərini dərc edib.
 
Buşman ABŞ rəsmiləri tərəfindən daim inkar edilən Area-51 mərkəzində bir qrup alimin yadplanetlilərin quruluşu ilə bağlı araşdırmalar apardığını deyib və yadplanetlilərin Yer kürəsinə gəldiklərinin sübutu olaraq fotoşəkillər yayımlayıb.
 
Buşmanın sözlərinə görə, yadplanetlilər insanlara münasibətinə görə iki cür olur: yoldaş olanlar və düşmən olanlar.
 
Buşman yadplanetlilərdən bəzilərinin 250 yaşı olduğunu, 18 yadplanetlinin isə ABŞ hökuməti ilə əməkdaşlıq etdiyini iddia edib.
 
ABŞ rəsmiləri Buşmanın irəli sürdüyü bu iddialara münasibət bildirməsə də, onları təkzib də etmirlər.
 
Yadplanetlilərin öyrənildiyi Area-51 hərbi bazasının yerləşdiyi ərazi yaxınlığında yaşayış yoxdur. Burada hər yer çox ciddi kamera və hərbçi nəzarətindədir. Əraziyə yaxınlaşan vətəndaşlara geri qayıtmaları üçün xəbərdarlıq edilir. Əgər vətəndaş bu xəbərdarlıqlara məhəl qoymasa, ərazidəki hərbçilərin onu öldürmək hüququ var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR