Logo

Hyustonun mərkəzində "Qarabağ Azərbaycandır!" şüarı nümayiş etdirilib

Hyustonun mərkəzində "Qarabağ Azərbaycandır!" şüarı nümayiş etdirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə "Qarabağ Azərbaycandır!" şüarının bütün dünyada təbliğ olunması kampaniyası davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, Çexiyanın Praqa, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York və Boston şəhərlərindən sonra "Qarabağ Azərbaycandır!" şüarının yazıldığı banner Texas ştatının Hyuston şəhərində nümayiş etdirilib.

Hyuston Amerika-Azərbaycan Mədəniyyət Alyansının təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır" banneri şəhərin mərkəzində yerləşən avtomagistral yoldakı körpünün üzərindən asılıb. Bannerin bir neçə saat nümayiş etdirilməsi ilə sakinlərin diqqəti Qarabağ məsələsinə cəlb edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR