Polad Həşimovun adı Türkiyədə parka veriləcək
Kateqoriya məlum deyil
Bu ilin iyulunda Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı Türkiyənin Bursa vilayətində salınacaq parka veriləcək.
Sfera.az xəbər verir ki, bunu Bursanın Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar deyib.
O bildirib ki, həmin park yaxın zamanlarda salınacaq.
(trend)






