Logo

Bu geyimlər yaza damğa vuracaq - FOTOLAR

Bu geyimlər yaza damğa vuracaq - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moda həftələrində tez-tez qarşımıza çıxan Ukrayna naxışı yaz və yay aylarının əsas trendlərindən olacaq.

Bohem stilinə uyğun olan bu naxışlarla dəbli görünmək olduqca asandır. Parlaq rənglərdən yaradılan bu naxışları ayaqqabıdan çantaya, koftadan dona kimi bir çox geyim və aksessuarda görmək mümkün olacaq.

Xüsusilə də, yaxası naxışlı köynəklər və donlar aktual olacaq. Ətəyi Ukrayna naxışı ilə bəzənmiş ətəklər də yazın əsas geyimləri arasında göstərilir.

Ukrayna naxışına pencək və şalvarlarda da rast gələ bilərsiniz. Belə geyimləri açıq çalarlarla, əsasən də ağ rənglə uyğunlaşdırmaq məsləhətdir.

İlham almağınız üçün bu trendi əks etdirən fotoları təqdim edirik:

1
1
1
1
1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR