Logo

Dünyanın ən zəngin qadınının adı açıqlandı

Dünyanın ən zəngin qadınının adı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dünyanın ən zəngin qadını olub.

Sfera.az xəbər verir ki, M.Skottun sərvəti 68 milyard dollara çatıb. O, C.Bezosla boşandıqdan sonra "Amazon”un səhmlərinin 4 faizini əldə etmişdi.

S.Makkenzi siyahıda "L'Oreal” kosmetika şirkətinin sahibi, 66,8 milyard dollar sərvəti olan Fransuaza Bettankur-Mayersi qabaqlayıb.

Reytinqdə ilk üçlüyü "Walmart” ticarət şəbəkəsinin təsisçisinin qızı Elis Uolton tamamlayır. Onun sərvəti 63,6 milyard dollar təşkil edib.

Qeyd edək ki, C.Bezosun özünün sərvəti isə 207 milyarda çatıb. (trend.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR