Hərbi xidmətə gedən hər kəs bu kiçik sirrləri öyrənməlidir
Xırda döyüş sirləri:
1. Tutdugunuz mövqe həm hücuma keçməyə, həm də geri çəkilməyə uyğun olmalıdır.
2. Düşmən sizi görə bildiyi halda eyni yerdən çox atəş açmayın. yer dəyişdirin.
3. Booby traps (tələ) deyilən şeylərdən ehtiyatlanın, özünüz də ondan hazırlayın. Məsələn gecə vaxtı səngərin 15 metrə qabağında ip çəkib, bir ucuna bir neçə boş konserva qutusu bağlayın. Yenə gecə vaxtı yarım metrəlik çuxur qazıb içinə kəsici əşyalar qoyub, üstünü örtə bilərsiniz. Yatsanız booby trapslar həyatinizi xilas edə bilər. Bir ucuna əl qumbarasının üzüyünü də bağlayabilərsiniz, belə halda onu səngərdən biraz aralı quraşdırın.
4. Yaralamaq mümkünsə düşməni öldürməyin, yaralını digər əsgərlər döyüş meydanından çıxarmağa çalışacaq, və siz 3 nəfəri döyüşdən çıxaracaqsınız.
5. Düşməndə termal kameralar ola bilər, şəxsi termal turbinlər 1 km qədər məsafədə göstərir, postda quraşdırılnalar 20 km (FLİR sistemi olanlar) qədərdir.
6. Güllə uçanda derivasiya edir, sağ tərəfə yayınır, heç bir külək olmasa da. 500 metrə məsafədən atanda, güllə 5 sm sağa yayınır.
7. Qumbaradan istifadə etməyi öyrənin və bacarın. 8. Daim yanınızda su saxlayın.
9. Daim yanınızda jqut və bint saxlayın.taxtadan şina düzəltməyi bilin.
10. AKS 5.45 üstünlük verin. 11. Bıçaq atmağı öyrənin. Lakin ştık-noj o işə yaramır. Bunun üçün başqa bıçağınız olsun.
12. Qaranlıqda səngərdə siqaret çəkməyin,tüstü çıxaracaq alov yandırmayın.
13. Tüstü şaşkaları yanınızda olsun. geri çəkilmək, yaralını çıxarmaq lazım olduqda onlar əvəz olunmazdır.
14. Kompass və GPS ilə öyrənməyi bacarın. 15. Hücümda, səngərdə, topa topa getməyin. Məsafə saxlanmalıdır.
16. Əl hərəkətləri ilə danışmağı öyrənin (dayan,diqqət, düşmən var, vs kimi)
17. Lopatkanız olsun - pozitsiya tutanda altdakı torpağın yumuşaq olmasına diqqət yetirin - torpağı qazıb ətrafınıza 20 sm hündürlükdə kənardan yığa bilsəniz, minomyot və grad zərbələri sizə ancaq kontuziya verəcək.
18. Düz xətlə qaçmayın, sizi vurmaq daha rahat olar.
19. Zirehli gödəkcəyə öyrəşin. Ağırdır, hərəkət sərbəstliyini məhdudlaşdırır. Lakin həyat xilasedir.
20. Yerdə əşya görəndə qaldırmayın, tələ ola bilər. Məsələn, meyidin altında üzüyü çəkilmiş qumbara kimi.
21. İdman qəzetlətinin əvəzinə, internetdə döyüş qabliyyəti haqqında ədəbiyyat oxuyun. Silahların göstəricilərini və xüsusiyyətlərini öyrənin.






