Akupunktura nöqtələri
Bəzən ağrını kəsmək üçün ən yaxşı yol bədənin fərqli bir yerinə ağrı tətbiq etməkdir. Çin təbabətində xüsusi yeri olan akupunktura üsuluna müraciət edənlərin sayı az deyil. Belə ki, bədənin xüsusi aku nöqtələrinə iynə sancmaqla ağrını azaltmaq mümkündür. Fil Mutz adlı şəxs Çin və antik Misir texnikalarını birləşdirərək, qulaqdakı ağrı mərkəzlərini sıxmaqla bədənin hər hansı yerindəki ağrını aradan qaldırmağı kəşf edib.
1. Bel ağrıları
Qulağın bu hissəsi çiyin və beldəki ağrıları aradan qaldırmaqda önəmli rol oynayır. Belə ki, bu hissəni bir dəqiqə müddətində sıxın. Günün müxtəlif vaxtlarında da qulağın bu hissəsinə güc tətbiq edin. Ağrılarınızın azaldığını müşahidə edəcəksiniz.
2. Daxili orqanlar
Qarın nahiyənizdə uzun müddət davam edən ağrılarınız varsa, mütləq həkimə müraciət etməlisiniz. Müvəqqəti olaraq isə qulağın bu hissəsini 1 dəqiqə ərzində sıxıb saxlamaqla ağrınızı azalda bilərsiniz.
3. Oynaq ağrıları
Qulağın 3 nömrə ilə işarələnmiş hissəsi oynaqlardakı ağrınızı yüngülləşdirməyə kömək edəcək.
4. Boyun ağrıları
Boyun ağrıları zamanı qulağın bu hissəsini sıxıb saxladıqda ağrılarınızın azaldığını görəcəksiniz.
5. Həzm sistemi
Sırğa dəliyinin bir az üst hissəsini sıxıb, 1 dəqiqə saxlamaq həzm problemlərini müəyyən qədər aradan qaldırır.
6. Ürək və baş ağrıları
6 rəqəmi ilə işarələnmiş hissə ürək və baş ağrılarını aradan qaldırmaqda rol oynayır. Qulağın bu nahiyəsini sıxıb saxlamaqla ağrının yüngülləşdiyini müşahidə etmək mümkündür.
"Zaman Azərbaycan"






