Xəyanətkarsınız, yoxsa sadiq? - İşarət barmağınız işarə verir
İngiltərədə aparılan araşdırmada məlum olub ki, işarət barmağı şəxsin sadiq həyat yoldaşı olduğunu göstərir.
Oksford Universiteti Təcrübi Psixologiya Bölümü ilə Northumbria Universitetinin birlikdə reallaşdırdığı araşdırma, insanların qısa ya da uzun dövrlü əlaqələrə meylinin doğuşdan müəyyən olduğuna işarə edir.
İngiltərədə yayımlanan "Telegraph” gazetinin xəbərinə görə, araşdırma ərəfəsində bir qurup amerikalı ilə ingilisə sərbəst cinsi münasibətlə bağlı bir sıra suallar ünvanlanıb.
Nəticə etibariylə araşdırmaya qatılanların çoxunun bir yox, bir neçə insanla eyni vaxta münasibətdə olmağa, az bir qisminin isə sədaqətə üstünlük verdiyi ortaya çıxıb.
Araşdırmanın ikinci mərhələsində 1314 ingilis kişi və qadının sağ əllərinin fotokopiyaları incələnib, işarət və üzük barmaqlarının ölçüləri alınıb.
Buna əsasən işarət barmağının üzük barmağına nisbəti, o şəxsin ana bətnində məruz qaldığı testosteron hormonunun səviyyəsini göstərir.
İşarət barmağı nə qədər qısadırsa, o şəxs o qədər çox testosterona məruz qalır və bu o şəxsin eyni vaxtda bir çox əks cinslə yaxın münasibətdə olma meylini artırır.
Prof. Dunbar deyib ki, "İnsan davranışlarına təsir edən ətraf mühit və həyat təcrübəsi kimi bir çox faktor var. Rəhmdə olanlar, cinsi əlaqələr kimi kompleks bir məsələdə təvazökar bir təsirə sahib ola bilər".






