Dəridəki ləkələri yox edən maska
Kateqoriya məlum deyil
Dərinizdə qəhvəyi rəngli ləkələrdən xilas olmaq üçün təbii üsullardan faydalana bilərsiniz.
Asanlıqla tapa biləcəyiniz ərzaqlarla mütəmadi olaraq maska tətbiq etsəniz bir müddət sonra ləkələrin yox olduğunun şahidi olacaqsınız. Qadinklubu.com sözügedən maskanın hazırlanma qaydasını sizlərə təqdim edir.
Lazım olanlar:
1 limon
1 yumurta sarısı
1x/qaşığı şəkər tozu
4 x su
Hazırlanması və tətbiqi:
Bir ədəd limon suyuna, bir ədəd yumurta sarısı, bir yemək qaşığı toz şəkəri əlavə edərək qarışdırın. Qarışıma su əlavə edib qarışdırmağa davam edin. Hazırlanan qarışığı üzünüzə masaj hərəkətləri ilə yayın. İyirmi dəqiqə gözləyib, dərinizi ilıq su ilə durulayın.
Bu əməliyyatı, həftədə iki dəfə ləkələrin üzərinə tətbiq edin. Zamanla dərinizdəki ləkələrin itdiyini görəcəksiniz.






