Logo

İphone işlədənlərə bəd xəbər!

İphone işlədənlərə bəd xəbər!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bəzi iOS istifadəçiləri, arada sırada açıq tətbiqlərin hamısını birdən bağlamanın batareyanın ömrünü uzadacaqlarını və ya cihazın daha sürətli işləməsinə kömək olacağı istiqamətində bir batil inanca sahibdirlər. Bunun doğru olmadığı bir gerçək lakin bir istifadəçi vəziyyətin rəsmi ağızlardan şərhini eşitmək üçün bu sualı Tim Cookdan soruşmuşdur. Cavabı isə olduqca təəccüblüdür!
Sfera.az bildirir ki, iOS-da multitasking-in işləmə məntiqi, açıq olan hər tətbiqi bağlamanın tamamilə gərəksiz olduğunu göstərir. Lakin bu mövzuda rəsmi bir görüş eşitmək istəyən bir 9to5Mac oxucusu mövzunu Tim Cookdan soruşmağa qərar vermiş və ona bir e-poçt göndərmiş. Caleb (oxucu), yazdığı e-poçtdan Tim Cook'a tez-tez açıq tətbiqləri bağlayıb bağlamadığını və bunun batareyanın ömrünə bir təsiri olub olmadığını soruşur. Gözlənilən cavab isə Tim Cookdan deyil iOS'in başındakı ad olan Craig Federighiden gəlir.
Log In xəbərinə görə Cook'a yönəldilən iki suala "Xeyr və xeyr" şəklində qısa və dəqiq bir cavab yazan Federighi, Caleb'e Apple müştərisi olduğu üçün təşəkkür edərək nöqtəni qoyur. Bu günə qədər hələ də açıq tətbiqləri bağlamanın bir işə yaradığını düşünənlər varsa artıq əməliyyat sisteminin məsulu olan Apple bölməsindən bu cavabı aldıqdan sonra bu xasiyyətini könül rahatlığı ilə buraxa bilər.
iOS-da ən çox batareya tükədən tətbiqlər, musiqi səsləndirilməsi və ya GPS-aktiv olaraq istifadə etməyə ehtiyac duyanlardır. Onlar da o an istifadə edilmədikləri halda sistem qaynaqlarını tükətməz. Əlbəttə arada sırada təxirə salınmış tətbiqlərin yeniləmə edib etməyəcəyini ümumi parametrlərdən nəzarət etmənizdə də fayda var.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR