Logo

Yarım metrlik siçovul tapıldı - FOTO

Yarım metrlik siçovul tapıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Londonda uşaq meydançasında yarım metrlik siçovul tapılıb. 
 
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, nəhəng siçovul 46 yaşlı mühəndis Toni Smit tərəfindən aşkarlanıb. Mutant-siçovul ölü halda oyun meydançasının yanındakı otluqda tapılıb. Heyvanın çəkisi 11 kiloqram təşkil edib. 

 
"Bu, mənim həyatımda gördüyüm ən böyük siçovuldur. Mənim bir itim və pişiyim var. Gəmirici onların ümumi ölçüsündən daha böyükdür”, - deyə Toni bildirib. 
 
Mühəndis həmçinin qeyd edib ki, Londonun bu rayonu siçovullarla doludur. Onlarla mübarizə aparılması üçün rayonun küçələrinə gəmiricilər əleyhinə zəhər tökülüb. Nəhəng gəmiricinin də zəhəri yeyib öldüyü ehtimal edilir.

Yarım metrlik siçovul tapıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR