Logo

Qaralmış banan haqqında bilmədiklərimiz

Qaralmış banan haqqında bilmədiklərimiz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni aparılan araşdırmalar qaralmış bananın orqanizm üçün daha faydalı olduğunu ortaya çıxarıb.

Publika.az xəbər verir ki, alimlər 1 ay müddətində gündə 2 ədəd dəymiş banan yeməyin orqanizmə aşağıdakı faydalarının olduğunu bildirir:

Əsəbləri sakitləşdirir

Tez-tez özünüzdən çıxır və aqressivləşirsinizsə, banan yemək sizə yaxşı təsir edəcək. Əsəbləriniz sakitləşəcək, özünüzü daha dinc hiss edəcəksiniz.

Bədənin temperaturunu tənzimləyir

Hava həddən artıq soyuq və ya isti olduqda banan yeməlisiniz. Beləcə, isti və soyuqdan əziyyət çəkməyəcəksiniz.

Qəbizliyin qarşısını alır

Bananın tərkibindəki maddələr bağırsaqların işini asanlaşdırır. Bu da qəbizliyin aradan qalxmasına səbəb olur.

Depressiyadan çıxarır

Bananın tərkibindəki "triptofan” maddəsi orqanizmə daxil olduqdan sonra serotonin hormonunun istehsalını artırır. Xoşbəxtlik hormonu adlandırılan serotonin depressiyaya meyli azaldır.

Mədə üçün faydalıdır

Banan yumşaq olduğu üçün o, mədəsində yara olanların asanlıqla yeyə biləcəyi qidalardandır. Banan həm də mədə divarlarını turşuların mənfi təsirindən qoruyur.

Enerji verir

İdmandan öncə 1-2 ədəd banan yemək faydalı ola bilər. Bu, 1-2 saat ərzində daha enerjili olmağınıza kömək edəcək.

Dəmirlə zəngindir

Banan qan azlığı və dəmir çatışmazlığına yaxşı təsir edir. Bananın tərkibindəki maddələr qırmızı qan hüceyrələrini artırır, qan dövranını sürətləndirir.

Təzyiqi aşağı salır

Banan təzyiqi aşağı salmaqla yanaşı, insult və infarkt riskini də azaldır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR