Elektrik yorğanlardan necə istifadə edək? - VİDEO - FOTOLAR
Elektrik yorğanlar bütün dünyada geniş yayılıb və milyonlarla insan tərəfindən istifadə edilir. Qış aylarında istifadə olunan elektrik yorğanları adamı soyuqdan qoruyur.
ATV.az-da ötən gün qardaş Türkiyədə bədbəxt hadisə haqqında məlumat verilmişdi. Türkiyənin Sivas şəhərində Fatma Altun 6 yaşlı nəvəsi Hüseynlə birlikdə isinmək üçün ədyalı elektrik enerjisinə taxaraq yatıb. Bu zaman ədyal alovlanmağa başlayıb. Yanğınsöndürənlər gələnə qədər ev tamamilə külə dönüb. Hadisə nəticəsində Fatma Altun birlikdə yatdığı nəvəsi Hüseyn və digər otaqda olan 4 yaşlı Zeynəb dünyasını dəyişib. Baş verən faciəvi hadisə, bu cür məişət əşyaları ilə bağlı təhlükəsizliyi yenidən gündəmə gətirib. Əslində prosedur çox sadədir, yatmazdan təxminən 15-20 dəqiqə öncə cərəyanı şitə taxırıq və isindikdən sonra çıxarıb yatırıq. Ancaq bəzi insanlar gecə səhərə qədər bu istiliyin qalması üçün cərəyanı açıq saxlayır, bu da təbii ki, təhlükə yarada bilər. Ölkəmizdə də bu ədyallardan artıq geniş şəkildə istifadə olunur. İri ticarət mərkəzlərində, eyni zamanda internetdə də istənilən çeşiddə bu məhsula rast gəlmək mümkündür.
Elektrik yorğanlar daha çox Türkiyədə istifadə olunur. Azərbaycanda satılan elektrik yorğanlar da elə qardaş ölkədən gətirilir. İri ticarət mərkəzlərindən birində elektrik yorğanının satışı ilə məşğul olan mağazanın satıcısı olan qadın deyir ki, elektrik yorğanları ancaq qışda istifadə olunur: "Bu, əslində mələfədir, yorğan yox. Amma insanlar ən çox yorğan kimi istifadə etməyə üstünlük verir. Yatmamışdan öncə cərəyana taxılır, 0-ın üzərində olanda işləmir. Birdə olanda normal yanır, ikinin üzərində olanda daha çox istilənir. Məsləhətdir ki, həmişə birin üzərində olsun. Yatmazdan təxminən, yarım saat əvvəl cərəyana taxılır, isindikdən sonra isə çıxarıb yatırsan. Əgər yatdığımız müddətcə yanılı qalacaqsa, o zaman 0-ın üzərində olmalıdır. Deyirlər bəzən zərəri ola bilər, amma heç bir zərəri yoxdur. Əsas üşüyən adamlar üçündür bu. Üşüyən, xəstə olan, qanı aşağı olan adamlar daha çox istifadə edir. Müraciət edənlər çoxdur. Satışı sentyabr, oktyabr aylarından başlayır, mart ayına qədər davam edir. Qiyməti isə 10 manatdır. Hətta qızlarımıza cehiz də verirlər. Elektrik yorğanının istilik saxlama müddəti təxminən 2-3 saatdır. Amma bir şəst var ki, paltaryuyan maşına salıb yumaq olmaz. Ümumiyyətlə, yumaq olmaz, əldə belə, onda funksiyasını itirər”.
Bu məsələnin bir də tibbi tərəfləri var. Terapevt Nahid MəhərrəmovATV.az-a açıqlamasında deyir ki, hər bir orqanizmin istilik balansı var. Orqanizm həmin istilik balansında normal işləyir. İnsanlar elektrik yorğanından adətən üşüdüyü zaman istifadə edir. Bu yorğanları o zaman istifadə etmək olar ki, əgər bir insana kənar mühit daha soyuqdursa, orqanizmə ciddi şəkildə problem yaradacaqsa, bu adamda revmatoid artrit, bronxit, ağciyərlərdə ciddi iltihabi proses və ya sümük, oynaq problemləri varsa, ümumiyyətlə orqanizmdə bir iltihabi proses gedir. O zaman temperature çox olmamaq şərti ilə istifadə olunduqda elektrik yorğanlarının orqanizmə xeyri olur. Və yaxud anemiyası var, müalicə alır, hazırda tam bərpa olunmayıb, adam üşüyür, üşüdüyü zaman orqanizm üçün digər iltihabi prosesin yaranması üçün şərait yaranmasın deyə istiliyi hiss etmək üçün insan üçün daha rahatdır. Yəni, insan istiliyi hiss edirsə, yəni elektrik yorğan sayəsində daha rahat yuxuya gedirsə, istifadə edə bilər, amma bir şərtlə ki, isindikdən sonra cərəyandan ayırmaq lazımdır.
Bəzən olur ki, elektrik yorğanının ziyanı da olur. Ziyanı bundan ibarətdir ki, dediyim kimi orqanizmdə termobalans var. Biz yatanda orqanizm elə bir formada çalışır ki, əgər istilik çoxdursa, orqanizm onu içindən ata bilir. Bəzən bu yorğanlar orqanizmə daha çox istilik ötürür və termobalans pozulur. O zaman istiliyi qəbul edə biləcək orqanizm qalxanabəznər vəzidə ciddi narahatlıq yarada bilər. Ağciyərlərində problem olan, allergiyası olan insanlarda narahatçılıq yarada bilir. İstənulən halda, o yorğan-döşəkdən istifadə edəndə, istlik balansını normallaşdırmağı bacarmaldırılar”.
Ən vacib məqamlardan biri də, bu yorğanlardan istifadə edən zaman cərəyana qoşulu vəziyyətdə yatmamaqdır. Bir sözlə ehtiyatı əldən verməmək və çox diqqətli olmaq şərtdir.
]
[v ]






