10 yaşlı Atakan ilə gündəmə gələn “indiqo və kristal uşaq" anlayışı nədir?
Sfera.az musavat.com-a istinadən bildirir ki, onu izləyən şəxslər Atakanı "indiqo uşaq" və ya "kristal uşaq" da adlandırır.
"İndiqo uşaq" və "kristal uşaq" nədir?
İndiqo - qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsl insanlara deyilir.
"İndiqo uşaqlar" haqqında ilk dəfə amerikalı ekstrahiss və sinestetiki Nensi Enn Tepp 1982-ci ildə nəşr etdirdiyi "İşıq vasitəsilə həyatı necə qaydaya salmaq olar" kitabında qeyd edib.
Ekstrahiss insanların auralarını yoxlaması zamanı bu qeyri-adi uşaqların aurasının başqalarından fərqli rəngdə - tünd göy rəngdə olduğunu bildirmiş və belə auralı insanları indiqo insanlar adlandırıb. Elmi cəhətdən sübut olunmayan bu nəzəriyyə daha sonra kitablar və filmlər tərəfindən mənimsənildi.
Nəzəriyyəyə görə, indiqo uşaqların xüsusiyyətləri aşağıdakılardır:
- Bu uşaqlar qeyri-adi dərəcədə ağıllıdırlar;
- Onların özünə inamı son dərəcə yüksəkdir;
- Hakimiyyətə qarşı çıxırlar;
- Çox canlı və aktivdirlər;
- İntiusiyaları çox güclü olur;
- Son dərəcə həssasdırlar;
- Fərqli bir nəciblik hissi ilə doğulurlar və belə davranırlar;
- Öz dəyərlərindən xəbərdardırlar;
- Yaradıcılıq işləri onlar üçün cəlbedicidir;
- Təsviri sənətə maraq göstərirlər;
- Özləri kimi digər yerli uşaqlar olmadıqda, assosial görünürlər.
"İndiqo uşaq"ların 1990-cı ildən sonra daha çox dünyaya gəldiyi düşünülür.
2000-ci ildən sonra dünya gələnlər isə başqa bir nəzəriyyəyə görə "kristal uşaq"lar adlandırılır.
"Kristal uşaq"ların xüsusiyyətləri arasında ən diqqət çəkən məqamlar isə iri, təsirli və ifadəli gözlərə sahib olmalarıdır.
Kristal uşaqların digər xüsusiyyətləri aşağıdakılardır:
- Uzunsov və diqqətli gözləri olur;
- Çox xoşbəxt, bağışlayan və sakitdirlər;
- Zehni rabitə güclərinə sahib olduqları üçün gec danışırlar;
- Onların balans qabiliyyəti əladır;
- Qarşılarındakı insanın nə düşündüyünü hiss edə bilirlər.






