Logo

Unibankdan restrukturizasiyaya düşən müştərilərə çağırış- MÜSAHİBƏ

Unibankdan restrukturizasiyaya düşən müştərilərə çağırış- MÜSAHİBƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Restrukturizasiya prosesinin bitməsinə bir neçə gün qalıb. "Unibank”da prosesin gedişi ilə

bağlı son vəziyyət haqda suallarımızı Bankın Satış və xidmətə dəstək departamentinin müdiri

Mikayıl Məmmədov cavablandırıb.

- Restrukturizasiya prosesinin başa çatmasına bir neçə gün qalıb. "Unibank”da bu

istiqamətdə işlər necə gedir?

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə

tədbirlər haqqında”  Prezident fərmanının ikinci mərhələsinin icrası Unibank tərəfindən davam

etdirilir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 35 milyon manatı ötüb.

Prosesi vaxtında və keyfiyyətlə icra etmək üçün bankımızın bir sıra filialları hətta şənbə-bazar

günləri də müştərilərə xidmət edir. Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya

manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən fərman qüvvəyə minən

tarixədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000

AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Müştərilərin restrukturizasiya

ediləcək kreditləri üzrə cari günə hesablanmış cərimə, faiz borcları avtomatik olaraq bağışlanır,

müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu qədər yeni kredit açılaraq,

digər kreditləri bağlanılır. Fərmanda nəzərdə tutulduğu kimi kredit illik faiz dərəcəsi 1%

olmaqla, 60 ay müddətinə rəsmiləşdirilir.Yeni kredit müqaviləsinə görə, birinci il ərzində müştəri

yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində çox kiçik məbləğ edir. 13-cü aydan başlayaraq isə

həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Prosesin müştəriyə verdiyi əsas

üstünlük, onun aylıq ödənişlərinin minimuma salınmasıdır. Proses başlayan kimi müştərinin

krediti üzrə məhkəmə işi və kredit üzrə müştərinin əmək haqqı və ya pensiyasından tutulmalar

dayandırılır. İlk 1 il müştəri qalıq kredit borcundan asılı olaraq cüzi məbləğ ödəyir. Hətta

restrukturizasiya müqaviləsi imzalamış bir sıra Unibank müştərilərinin nümunəsində deyə

bilərəm ki, ilk bir ilin ödənişi 40-50 qəpik belə təşkil edir.

- Restrukturizasiya prosesi müştəriyə daha hansı üstünlükləri verir?

Restrukturizasiya prosesinin müştəriyə verdiyi üstünlük təbii ki, təkcə aylıq ödənişin 3-4 dəfə

azalması ilə bitmir. Restrukturizasiyaya qədər müştəriyə hesablanmış bütün cərimə məbləği

silinir ki, bu də müştərinin ümumi borcunun ciddi şəkildə azalmasına səbəb olur. Ən əsas

üstünlük isə müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsinin formalaşmasıdır.

Fərmanın ikinci mərhələsinin əhatə etdiyi şəxslər bir ildən artıq gecikməsi olan müştərilər

olduğundan, onlar yenidən kredit götürə bilmirdilər. Restrukturizasiya müqaviləsindən sonra isə

müştərilərin kredit tarixçəsi tamamilə təmizləndiyi üçün yenidən kredit götürmək imkanı yaranır.

- 30 dekabr 2019-cu il vətəndaşların restrukturizasiya müraciətlərinin qəbulunun son

günüdür. Amma hələ də bu fürsətdən istifadə etməyən müştərilər var.

-Bəli, prosesin yekunlaşmasına 1 həftədən də az müddət qalıb. Biz çalışdıq ki bütün vasitələrlə

müştəriləri məlumatlandıraq. Amma bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən, ötən

müddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə yaratmaq bir

qədər çətin olur. Ona görə SMS, zəng çatmayan, Fərmana əsasən restrukturizasiyaya aid olan və

borcunu hələ də restrukturizasiya etməyən müştərilərimizdən xahiş edirik ki filiallarımıza

müraciət edərək, restrukturizasiya müqaviləsini imzalasınlar. Bəzən isə Bank əməkdaşının

restrukturizasiya müqaviləsini imzalamaq üçün zənginə müsbət cavab verməyən müştərilər də

olur. Onlara da demək istəyirəm ki, Cənab Prezidentin onlar üçün yaratdığı bu xüsusi imkandan

istifadə etmək üçün tələssinlər. Restrukturizasiya müqaviləsi imzalamayan müştərilər gələn il öz

kreditlərini əvvəlki şərtlərlə ödəmək məcburiyyətində qalacaqlar. Adının restrukturizasiya

siyahısında olub-olmamasını yoxlamaq istəyən müştərilər şəxsiyyət vəsiqələri ilə onlara yaxın

Unibank filialına yaxınlaşaraq, bunu dəqiqləşdirə bilərlər. Hazırda Abşeron ərazisi üzrə Bankın

baş idarəsində, "Dərnəgül” və "Sumqayıt” filiallarında, regionlarda isə bütün filiallarımızda

restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar ayrılıb. Odur ki,

fərmanın əhatə etdiyi qalan bütün müştərilərimizi dekabrın 30-dək Unibank filiallarında

gözləyirik.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR