Logo

Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır

Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Unibank daxili ideyalara, təkliflərə və onların təcrübədə tətbiqinə 1 milyon dollar ekvivalentində

büdcə ayırır. İnnovasiya layihələrinin tətbiqi nəticəsində birinci ildə əldə olunan gəlirin 50%-i

ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək. Bu, Bankın idarəetmə sisteminin

transformasiyası proqramının daha bir komponentidir.

Təşəbbüs haqqında sualları "Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov cavablandırıb.

- Faiq müəllim, Unibank hər zaman ilkləri ilə seçilib. İstər innovativlik, istərsə də

yeni məhsulların bazara təqdim edilməsi baxımından davamlı yeniliklər olur. Hal-

hazırda ölkənin bank bazarı üçün yeni olan daha bir layihəni təqdim etməyə

hazırlaşırsınız. Bu layihənin özəlliyi nədir?

Bankın idarəetmə sistemlərinin strateji inkişafı çərçivəsində, xüsusi təşviq mexanizminin

yaradılması ilə daxili innovasiyaların stimullaşdırılması prosesinə başladıq. Daxili

innovasiyalara dəstək məqsədi ilə 1 milyon dollar ekvivalentində maliyyə vəsaiti ayrıldı. Biz

fəxrlə deyə bilərik ki, həyata keçirməyi hədəflədiyimiz layihə Azərbaycan bank sektorunda

innovasiya sahəsinə ayrılan ilk böyük maliyyə büdcəli bir layihədir.

- Layihə haqda bir qədər ətraflı məlumat verə bilərsiniz? Kifayət qədər böyük

büdcəyə malik bu layihə çərçivəsində vəsaitlərin hansı məqsədlərə və istiqamətlərə

yönəldilməsi nəzərdə tutulur?

Məqsəd bankın IT, biznes və ya idarəetmə sisteminin inkişafını, məhsul və xidmətlərin

səmərəliliyinin artırılmasını nəzərdə tutan ideyaları ortaya çıxarmaqdır. Təklif olunan layihələrə

Bankın hər hansı bir istiqamətdə xərclərini azaltmağı nəzərdə tutan səmərələşdirici təklifləri də

aid etmək olar. Əsas - təqdim olunan innovasiya layihələrinin tətbiqi nəticəsində maliyyə

səmərəsinin olmasıdır.

Prosesin gedişatı çox sadədir: İdarə Heyətinin qərarı müsbət olduqda, səmərələşdirici

təklifin/yeni məhsulun müəllifinə bu layihənin tətbiqi üçün razılıq verilir və onun

maliyyələşdirilməsi aparılır. Layihə müəllifi birbaşa icra prosesinin içində olur və layihənin

nəticələrinin alınmasının qarantı kimi çıxış edir. Layihələr qısa müddətli və yaxud uzun müddətli

ola bilər. Layihələrin maksimal icra müddəti 5 ildir. İnnovasiya təklifinin və ya yeni məhsulun

biznes planının nümunə forması da artıq təsdiqlənib.

Sonda layihənin tətbiqinin nəticəsi qiymətləndiriləcək və birinci il ərzində əldə olunan maliyyə

göstəricisinin 50%-i bu ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək.

- Unbank əməkdaşı olmayan şəxslər də bu layihə çərçivəsində öz səmərələşdirici

təkliflərini təqdim edə bilərlər?

Sözsüz ki, hər bir Unibank əməkdaşı bu layihədə iştirak etmək hüququnu qazanır. Unibank

əməkdaşı olmayanlar isə layihələri elektron poçtumuza yönəldib və komandamıza qoşulmaqla

iştirak edə bilərlər. Layihələrin qəbulu indidən aparılacaq və bankdaxili prosedurlara uyğun

olaraq mərhələlər yolu ilə təsdiqlənən, razılıq verilən layihələrin icrasına gələn ilin əvvəllərindən

başlanılacaq. İdeya, təşəbbüs və layihəsinə güvənən hər kəsi komandamızda görməyə şadıq.

- Bank sektoru üçün yeni olan bu layihənin tətbiqi Sizcə bazara və eləcə də "Unibank”a nə

qazandıracaq?

- Bu layihədən bütün tərəflər qazanır: əməkdaşlar da, şirkət də, cəmiyyət də. Ölkənin bank sahəsi

üçün yenilərdən olan, bank məhsul və xidmətlərinin səmərəliliyinin artmasına,

rəqəmsallaşmasına xidmət edən bir layihənin bazarda yeni trendlər yaradacağına, yeni ideyaların

yaranmasına səbəb olacağına ümid edirik. Unibank olaraq, gələn il də yeni transformasiya

layihələrinin tətbiqini davam etdirəcəyik.

Bankdan kənar potensial təkliflərin qəbulunu asanlaşdırmaq üçün və bu kommunikasiyanın

məxfiliyinə, müraciət edənlərin hüquqlarının qorunmasına nəzarət məqsədilə Unibank CEO

tərəfindən xüsusi kommunikasiya imkanı yaradılıb. Layihələri təqdim etmək istəyənlər birbaşa

mənə- [email protected] elektron poçtuna yaza bilərlər. Bütün müraciətlərin məxfiliyi qorunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR