Logo

Şəfiqə Məmmədova: “İstefalardan xəbərim var”

Şəfiqə Məmmədova: “İstefalardan xəbərim var”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İttifaqdan istefalarla bağlı xəbərim var, lakin istefaların səbəbini bilmirəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova deyib.

Sədr İttifaqdan istefalarla bağlı yayılan məlumatı təsdiqləyib, lakin üzvlərin istefa səbəblərini bilmədiyini deyib: "Yaxın vaxtlarda onların çıxmağının səbəbi dəqiq bilinəcək”.

Qeyd edək ki, mətbuatda qurumun üç üzvünün - rejissor Yusif Quliyevin, prodüserlər Yalçın Verdiyev və Elşad Allahverdiyevin üzvlükdən azad olunmaq haqda müraciət etməsi xəbəri yayılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR