Logo

Rövşən Allahverdiyev: “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”

Rövşən Allahverdiyev: “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər COVİD-19 virusunun yayılması səbəbindən dünyanın bir çox

ölkələrində qeyri-sabit vəziyyət hökm sürür. İqtisadiyyatın bir çox sahələri

kimi bank-maliyyə sektoru da asan olmayan günlərini yaşayır.

Azərbaycanın bank sektorundakı cari vəziyyəti, atılan addımları və gələcək

planları Kapital Bank-ın İdarə Heyətinin sədri, cənab Rövşən

Allahverdiyev şərh edib.

- Rövşən müəllim, bütün dünyada iqtisadi artım templəri səngiyib.

Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq

yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə

edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini

göstərməkdədir. Firkinizcə, hazırda hansı addımlar atılmalıdır?

- Bildiyiniz kimi ölkə prezidenti tərəfindən 19 mart 2020-ci il tarixində

koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə,

məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin

azaldılması ilə bağlı İşçi Qrup yaradılıb. İşçi Qrupun yaradılmasından cəmi

2 həftəyə yaxın bir müddətin keçməsinə baxmayaraq, artıq müəyyən

addımlar atılıb və vəziyyətin mənfi tərəflərinin azaldılması istiqamətində

bir sıra qərarlar qəbul olunub. Hökumət məşğulluğun, maliyyə-bank

sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək

üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır. Bunu öz

çıxışında İqtisadiyyat Naziri, sözügedən İşçi Qrupun rəhbəri, cənab Mikayıl

Cabbarov bildirib.

Hazırda dövlət dəstəyinin göstəriləməsi üçün 10 proqram hazırlanıb. Bu, 4

böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Həmin fəaliyyət

sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr müəyyən edilib.

Dövlət tərəfindən 2,5 milyard manat məbləğində dövlət dəstəyinin

ayrılması ən diqqətçəkən məqamlardandır. Qeyd edim ki, nə bizim

regionda, nə də MDB dövlətləri arasında iqtisadiyyatının həcminə nisbətdə

(ÜDM-in 3 faizi) belə həcmli dövlət dəstəyi ayrılmayıb.

Bundan başqa, 300 mindən artıq işçinin əmək haqqısının bir hissəsinin

dövlət tərəfindən ödənilməsi, 292 min sahibkara iş yerinin qorunması ilə

maliyyə yardımının göstəriləməsi, biznes sahəsinə vergi güzəştlərinin və

sahibkarların bank kreditlərinə imtiyazların verilməsi, ipoteka kreditlərinin

dəstəklənməsi və ən mühüm də şəffaf işləyən sahibkarlara kömək edilməsi

diqqət çəkən məqamlardandır.

Kapital Bank da ölkədə bank sektoru ilə yanaşı, özəl sektorda ən çox

işəgötürən şirkət kimi tanınır. Hazırda bizim 3500 nəfərə yaxın

əməkdaşımız vardır. Xüsusi vurğulamaq istərdim ki, Bank tərəfindən

əməkdaşlar və məvaciblərlə bağlı heç bir ixtisar və ya məhdudiyyətlər

nəzərdə tutulmayıb. Diqqət çəkən məqamlardan biri də İşçi Qrupunun

əhalinin vəziyyətinin dəstəklənməsinə yönəlik müavinət, sosial yardım və s.

kimi sosial paketlər üçün hazırladığı xüsusi proqramdır. Bu proqram

çərçivəsində sosial baxımdan həssas əhali təbəqəsinə aid edilən tələbələrin

təhsil haqqı xərclərinin ödənilməsi, əhalinin kommunal ödənişlərinə

güzəştli limitlərin tətbiqi kimi tədbirlər həyata keçiriləcəkdir. Bu da

dövlətin hər bir vətəndaşa olan qayğısını təcəssüm etdirir.

Bütün atılan addımlar bir daha sübut edir ki, dövlətimiz tərəfindən hadisələr

hərtərəfli təhlil edilir, baş verə biləcək proseslər proqnozlaşdırılır və onların

aradan qaldırılması üçün bütün zəruri addımlar atılır.

- Xüsusi karantin rejimi çərçivəsində olan qadağalar günü-gündən

sərtləşdirilir və insanların gündəlik sosial-iqtisadi həyatına təsir

göstərir. Bank sektorunda hazırda vəziyyət nə yerdədir?

- Təbii ki, iqtisadiyyatın bütün sahələri kimi bank sektoru da asan olmayan

şəraitdə işləməli və müştəriləri dəstəkləmək üçün müəyyən addımlar

atmalıdır. Bildiyiniz kimi, insanların qapalı yerlərdə kütləvi toplanmağını

minimuma endirmək üçün ölkəmizdə bütün lazımi tədbirlər həyata keçirilir.

Ölkə prezidentinin göstərişləri və Mərkəzi Bankın bir sıra tövsiyələri

nəzərə alınmaqla hazırda bank filialları tam iş rejimi ilə, bütün təhlükəsizlik

qaydalarına əməl etməklə müştərilərə xidmət göstərir. Kommersiya

bankları əlindən gələni edir ki, bu asan olmayan zamanda müştərilərin bank

əməliyyatlarını asanlaşdıraraq, onların tələbatlarını ödəsinlər. Əgər 1-2 ay

əvvəlki dövrə qədər banklar yeni müştərilər cəlb etmək uğrunda

"mübarizə” aparırdılarsa, hazırda banklar mövcud müştərilərin

dəstəklənməsi, sahibkarlara endirim və güzəştlərin təqdim edilməsi,

müştərilərin banka fiziki müraciətlərinin sayının azaldılması istiqamətində

fəaliyyət göstərir. Burada xüsusi olaraq qeyd etmək istərdim ki, Kapital

Bank müştərilərinin arasında təqaüdçülər də az deyil. Təbii ki, biz onları da

yaddan çıxara bilməzdik. Hazırda yaşı 65-dən yuxarı olan və ilk dəfə

pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılır.

Həmçinin, təqaüd kartlarının vaxtı bitmiş mövcud müştərilərin kartlarının

istifadə müddəti növbəti 3 aya uzadılmışdır.

- Kapital Bank ölkənin ən iri banklarından biridir. Həm kredit portfeli,

həm əhatə dairəsinə görə digər banklardan fərqlənir. Bəs, Siz mövcud

vəziyyətdə hansı addımları atmağı planlaşdırırsınız?

- Kapital Bank ölkənin bütün regionlarında təmsil olunaraq 115 xidmət

nöqtəsi ilə ən böyük şəbəkəyə malik bankdır. Tərəfimizdən istehlak

kreditləri ilə yanaşı ipoteka, kiçik və orta sahibkarlıq, biznes və s. kreditlər

də verilir. 1 aprel 2020-ci il tarixinə istehlak kreditləri portfelimiz 1,4

milyard manat, hüquqi şəxslərə verilən kreditlər 640 milyon manat, ipoteka

portfelimiz isə 57 milyon manat təşkil edir.

Hazırda ən çox zərər çəkən sahələrdən biri mikro və kiçik sahibkarlıqdır.

Dövlət dəstək proqramı çərçivəsində bu sahəyə böyük diqqət ayırıb.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq

subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi

proqramının icrasına yarım milyard manat vəsait ayrılıb. Həmçinin 15%-lə

verilən bu kredit faizlərinin yarısı, daha dəqiq desək 7,5%-i dövlət

tərəfindən ödəniləcəkdir. Biz də sistem əhəmiyyətli bank olaraq bu cür

tədbirləri dəstəkləyirik və həm sahibkar, həm hüquqi şəxs olan

müştərilərimizə güzəştlər etməyə hazırıq.

Qeyd edim ki, son illər ərzində, xüsusən də indiki şəraitdə dövlət tərəfindən

dəstəklənən əsas istiqamətlərdən biri ipoteka kreditləşməsidir. Bu sahə

Kapital Bank üçün də strateji prioritet istiqamətlərdən biridir. Belə ki, ilin

əvvəlində bankımıza İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılan

10 milyon manat vəsaitin demək olar ki, yarısı artıq istifadə olunub və əlavə

olaraq, cari strateji dövr üçün Kapital Bank tərəfindən 100 milyon manat

məbləğində kommersiya ipotekasının verilməsi də nəzərdə tutulub. Artıq

bununla bağlı bəzi partnyor şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb.

Bir məsələni də vurğulayım ki, ölkə prezidenti İlham Əliyevin regionlarda

vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrini

rəhbər tutaraq, regionlar üzrə insanların mənzilə olan tələbatını ödəmək

üçün Bank tərəfindən sosial yönümlü ipoteka məhsulu da hazırlanıb. Yaxın

zamanda bu məhsulun satışına başlanılacaqdır. Həmçinin qeyd edim ki, İşçi

Qrupunun hazırladığı tədbirlər planı çərçivəsində ipoteka və kredit zəmanət

mexanizminə maliyyə dəstəyi göstərilməsi üçün də əlavə vəsait ayrılacaq.

Buna istinadən biz də öhdəmizə düşən lazımi addımları atmağa hazırıq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR