BMT: Vəziyyət gərginləşsə, Avropa üçün fəlakət olacaq!
22:40 / 14.01.2022
1514
BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, ABŞ və NATO-nu vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.
Sfera.az xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
"Baş katib hazırkı gərginliyin artmasından, hərbi eskalasiyadan narahatdır. Quterreş vəziyyətin gərginləşməsinin Avropa və bütün dünya üçün fəlakət olacağını vurğulayıb", - Haq bildirib.